Əlincə qalası: əfsanəvi, rəvayətli sirli qala

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq “Alıncaq”, “Alancıq”, “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan–Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki “alan” (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Qədim türk dilində dağın təpəsi anlamını verən “alın” və qənimət anlamı daşıyan “alınc” mənaları da olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin […]