İşıq, Mə’bədləri…

Print Friendly, PDF & Email

Mə’bədlər daxilində çox qəribə bir hal, qəribə, rahat, həlim, bənzəri, müqayisəsi olmayan bir İy, olur! 
Naxçıvanda, Mö’minə Xatun Türbəsinin, birinci, alt mərtəbəsində də, həmin çox Qədim, çox həlim, rahat, yormayan, təlatüm yaratmayan, vahimələndirməyən, müqayisəsi olunmayan bir, Günəşin, İşıq İyisi, gəlir!
Həmin çox Qədim bir iy, Hz. Nuh Türbəsinin birinci, alt Qatında da, var!

Həmin iyi, Naxçıvanda, Yeddi Kimsənələr, Əshabül-Kəhf, ziyarətgahında da, var!
Düzdür ki, Gəmi Qayada, o, ərazidə olmamışam, yəqin ki, elə həmin ərazidə, Gəmi Qaya yüksəkliyində də, həmin Qədim, Müqəddəs, həlim, rahat, İşıq İyisi gələr!
Gəmi Qaya yüksəkliyindən (Şərq), Hz. Nuh Dünya Tufanından xilas, ərazisindən Qərb istiqamətə baxdıqda, öndə, aşağıda, İlanlı Dağ görünür! 
O, Dağın, “Haçası” arasından baxdıqda, sanki, odlu silahın, Nişangahına (Прицел) bənzəyir!
Dağ Zirvəsinin, ikiyə ayrılmış “dişləri”, arasından, Ağrı Dağı, o, iki Haça arasından, dəqiq görünür!
Sanki, o, iki Möhtəşəm Tarixi Dağ, məsəfələrinin uzaqlığına baxmayaraq, biri-biri arasında, çox-çox Qədim Tarixə, öz, Yaddaş Nişanını, xatırladır!
Dünya Tufanının tarixi Şahidləri: Gəmi Qaya, İlanlı Dağ, Ağrı Dağ, bir də Naxçıvan!
Bilqamıs dastanına istinadən, Azərbaycan ərazisi, Dünya tufanından əvvəl və Dünya tufanından sonra da, “Ur ərazisi” kimi, tarixi ad daşıyıb!
“Naxçıvan”, Nuh – Çıxan, Nuh Xilaskarlığı ərazisi kimi, o, Dövrün Tarixi hadisəsinin ərazisi kimi, sonralar Naxçıvan adı ilə, adlanıb, o, Adı daşıyıb!
Bəlkə də, o, ilk dövrdə, Dünya Tufanından xilas olmuş, o, dövrün insanları, Gəmi Qayadan,İlanlı Dağ haçası arasından, Ağrı Dağı, Ağ İşıq Saçan dağı, o, Dağ Haçasının arasından, dəqiq göründüyünə görə, o, “İlanlı Dağa”, ikinci ad, “Haça Dağ”-ı adı veriblər?
İlanlı Dağa, Qərbdə, “Kundalini”, (Kun, Qun, Gün), adı ilə, adlandırırlar!
Amma, “İlanlı Dağ”, heç də, İlanla bağlı adlıq deyil!
Çox-çox Qədim dövrdə, İlanı, bir Simvol kimi qəbul edib, “Qalaktika Spiralı”, Spiralı isə, İlan Qıvrılmasına bənzər olub, çox həssas bir varlıq kimi dəyərləndiriblər!
Amma Əzczəxanalar, Apteklərin simvolu da, Tibb müəssisələrinin Emblemi də, Vazaya dolanmış İlan, simvolu, seçilib!
İlan, bu halda heç də, Zəhəri ilə yox, İşıqlı Qalaktika, İşıqlı Spiral kimi xarakterizə olunub!

Vahid Rzaev.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.