Cavid obrazı, milli təsviri və tətbiqi sənətimizdə

XX əsrin ilk illərindən şöhrət qazanmış görkəmli şair-dramaturq Hüseyn Cavidin bədii obrazı həmin əsrin müxtəlif dövrlərində bir çox fırça və tişə ustalarının müraciət etdiyi mövzulardan olmuşdur. Heç şübhəsiz ki, Hüseyn Cavidin əsərləri tamaşaya qoyulduqca və kitabları nəşr edildikcə müxtəlif rəssamlar tərəfindən verilmiş dekorasiya eskizləri, pyeslərdə, poema və şeirlərdəki əsas süjetlərin rəsmləri xeyli çox olmuşdur. Lakin Cavidin öz portreti Zivərbəy Əhmədbəyovun […]