17 ildir Sevastopol radiosunda gedən “Azərbaycan-Qobustan” verilişləri haqqında

Print Friendly, PDF & Email

Həbib Əliyev Naxçıvan MR-nın Babək rayonunun Çəhri kəndində anadan olmuşdur. Orta məktəbi 1964-cü ildə bitirib, Bakıda 25 saylı peşə məktəbinə daxil olmuşdur. Əskərlik xidmətini 1966-cı ildə başa vuraraq APİ-nin dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur.

Istehsalatdan ayrılmadan oxuyaraq 1972-ci ildə təhsilini başa vurub, Xətai rayonunun 171 saylı məktəbinə müəllim təyin edilmiş, 1969-cu ildən Keşlə Maşınqayırma zavodunda fəhlə işləmiş, sonra zavodun 21 saylı yataqxanasına tərbiyəçi təyin olunmuşdur. Təqribən, 25 il fəhlə-gənclər arasında tərbiyəvi işlər aparmış, bu yataqxananı Bakıda nümunəvi yataqxana kimi 1-ci yerə təqdim etmiş və əlaçı-tərbiyəçı adına layiq görülmüşdür.

 Sakinlər arasında kecirilən idman yarışları, şairlər, yazıçılarla görüşlər, orqan işçilərı, ağsaqqal ziyalılarla görüşlər müsbət nəticəverirdi. Həm məktəbdə, həm də yataqxanada gənclər və yeniyetmələr arasındakı fəaliyyəti ilə peşəkar tərbiyəçi kimi təcrübə toplamışdır.

1988-ci il onun sabit yaşayış tərzini pozdu. Azərbaycan Qarabağ müharibəsinə cəlb olundu. 1993-cü ilin noyabr ayında Fizuli və Zəngilandan olan qaçqınların bir hissəsi yataqxanada yerləşdirildi. Həbib Əliyev onlar üçün hər cür rahat şərait təşkil etməyə calışdı. Sonra, 1990-cı il Qanlı Yanvar hadisələri ərəfəsində cox yerdə olduğu kimi. yataqxana sakinləri da meydanlara axışır, öz etiraz səslərini ucaldırdılar. O, da bu faciələrin iştirakçısına çevrildi. Qırğının ikinci günü hərbçilər gecə yataqxananı mühasirəyə aldılar. Hamıya təhqirli sözlər deyildi və hədələr başladı. Onu komendantın yanına aparıb tələb edirlər ki, ixtişaşları törədənlərin siyahısını versin. O isə sadəcə olaraq bildirdi ki, bu çaxnaşmaların mərkəzi Moskvadan başlayır. Siz isə dinc Bakı sakinlərini qətlə yetirdiniz. Halbuki, onların babaları 1941-1945-ci il müharibəsində qurban getmişlər. Komendant onun sözünü kəsib, bır günlük həbs cəzası verdi. Sonra yenə öz iş yerinə qaytarıldı. O, bir müəllim- vətəndaş kimi qələmi silaha çevirib, vətənin keşiyini çəkən əsgərlərdən, şəhid ailələrindən,onların yetim qalan uşaqlarından, Azərbaycan qadınlarının başına gələn fəlakətlərdən qəzetlərə yazılar yazdı.

Bir tərəfdən də ermənilər Moskvanın qəzetlərində bizə vəhşi adı verib, təhqirli sözlər yazırdılar. Sonra, Xocalı faciəsi baş verdi. Rayonlarımız işğal edildi.

O, yaxşı başa düşürdü ki, bütün bu hadisələri xaricdə yaşayan insanlara çatdırmaq lazımdır. Bizim haqq səsimizi dünya bilməlidir.

Həbib Əliyev yay aylarında Abxaziya torpağına gedir, Qara dəniz sahillərində faciələrimiz haqqında qəzetlər yayırdı. Həmin yerlərdə o təhlükəli anlar da keçirmişdi. Lakin, bu da bəs etmirdı. Biz sözümüzü yüksək mənbələrdən deməliyik.

1996-cı    ildə qəti qərara gəldi ki, Azərbaycanı tərk edib Ukrayna torpağına üz tutsun. Sevastopolda fəaliyyət göstərən “Vətən” cəmiyyətindən məktub almışdı ki, həmin yerdə məktəb açmaq lazımdır. Həbib Əliyev təcili yola düşdü və artıq fevral ayında Azərbaycanın həftəlik məktəbini açdı. Bu məktəb iki il davam etdi. Boş vaxtlarında məktəblərdə, müxtəlif cəmiyyətlərdə, hətta, Ukraynanın Qara dəniz donanmasında Azərbaycan həqiqətlərindən danışırdı.

1997-ci    ildə Sevastopolda fəaliyyət göstərən erməni radiosundan Azərbaycan xalqına təhqirli sözlər dedilər. Xalqımızın tarixini baş-ayaq etdilər. Bu yalanlara dözməyib, o, Sevastopol radiosunun redaktoru Natalya Pavlovna ilə görüşdü. Ona Azərbaycanın tarixi həqiqətləri haqqında qazet materialları verdi. Həm də bildirdi ki, nə üçün ermənilər Nizami kimi böyük bir dahinin yurdunu təhqir edirlər? Redaktor onunla razılaşdı və erməniləri bu işdə töhmətləndirdi. Onun ikinci xahişi bu oldu ki, Azərbaycana da efir vaxtı lazımdır. Beləliklə, 1997-ci ilin mart ayında “Azərbaycan-Qobustan” proqramının əsası qoyuldu. Sonradan ermənilərin hədələrinə, təzyiqlərinə baxmayaraq, o geri çəkilmədi vo radionun işini  davam etdirdi.     

Həmin radionun proqramı bu istiqamətdə aparılır:

1.  Qədim mədəniyyətimiz və tariximiz.

2.  Muğam mahnıları və klassik ədəbiyyat.

3.  Şifahi xalq ədəbiyyatı, bayramlar, adətlərimiz haqqında verilişlər.

4.  Heydər Əliyev və Ukrayna.

5.  Nizami Gəncəvinin humanist ideyaları.

6.  Müasir Azərbaycan şair və yazıçıları.

7.  Azərbaycanla Ukraynanın dostluq əlaqələri.

Azərbaycanda Ukrayna diasporu, Ukraynada Azərbaycan diasporu haqqında verilişlər.

8.  Naxçıvanın qədim abidələri, ziyalıları, alimləri haqqında verılişlər.

9.  Şamaxı, Qobustan, Gəncə haqqında verilişlər.

10. Tərtər, Qax, Zaqatala, Şəkidə yaşayan azsaylı xalqlar haqqında verilişlər.

11. Dini kəlamlar, İslami dəyərlər haqqında verilişlər.

12. Azərbaycanın uşaq müğənniləri haqqında verilişlər.

13. Habil Əliyev, Ramiz Quliyev, Ağasəlim Abdullayev, Bəhram Mansurov, Alim Qasımov, qadın xanəndələr haqqında verilişlər.

14. Akademiyada çalışan alimlər haqqında verilişlər.

Bu verilişlərin sayı 180-dan çoxdur. Bununla yanaşı Qobustan proqramı keçmiş müharibədə Ukraynada həlak olan Azərbaycan əsgərlərinin tarixi qəhrəmanlığı haqqında verilişlər səsləndirmişdir.

Çernobıl qəzasının aradan qaldırilmasında könüllü iştirak edən azərbaycanlıların Ukrayna xalqına köməkliyi haqqında verilişlər də səslənmiş, proqram 5 ildən sonra Sevastopol teleradiosunun Fəxri Fərmanına və şəhər merinin diplomuna layiq görülmüşdür.

Bununla yanaşı bir çox Azərbaycan alimlərinin əsərləri orada çap olunmuşdur. Məs: akademik Budaq Budaqov, akademik İsa Həbibbəylı, Naxçıvandan Qadir Əliyevin Əbubəkr Əcəmi haqqında kitabını çap etdirmişik.

Müasir Azərbaycan şairlərmin poeziyası Sevastopolun almanaxlarında çap edilmişdir.

    Həbib Əliyevin “Krım gündəliyi” kitabı tamamlanıb oxuculara çatdırılmışdır. İkinci kitabı olan “Bura Vətəndir” kitabı çapa hazırlanır.

  “Qobustan” proqramı Azərbaycan və Ukrayna arasında bir dostluq körpüsü rolu oynayır.

2013-cü ilin oktyabr ayında  radionun verilişləri Beynəlxalq müsabiqəyə təqdim olunmuşdur. Dünyanın 700 jurnalistinin iştirakı ilə Qobustan proqramı radiolar üzrə müsabiqənin qalibi olmuş, “Beynəlxalq” laureat diplomuna və “Gümüş qələm” medalına layiq görülmüşdür.

     Radio Azərbaycan Prezidentinin xaricı təbliğat kursunu əməli işdə davam etdirir. Həbib Əliyev isə bu verilişləri aparmaqla vətəndaşlıq və ziyalılıq borcumu yerinə yetirir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.