Bizi idarə edən gözə görünməzlər

Print Friendly, PDF & Email

(PREBİOTİK VƏ PROBİOTİKLƏR)

Bizi idarə edən gözə görünməzlər dedikdə bizim göz vasitəsilə görə bilmədiyimiz kiçik canlı orqanizmlər nəzərdə tutulur. Bunlar təbii ki,bakteriya qruplarıdır.

Bakteriyalar hər yerdə rast gələ biləcəyimiz yeganə canlı varlıqlardır.Müxtəlif forma və funksiyaya malik olan bu canlılar nəinki insan orqanizmini, bütün bəşəriyyəti idarə edir. Baş verən bütün təbii çevrilmə proseslərini bakteriyalar çox böyük məharətlə yerinə yetirirlər. Bunların içərisində böyük güc sahibləri olan prebiotik və probiotik bakteriya qruplarıdır.

Bizə məlumdurki insan orqanizmində 2kq-a qədər bakteriya yaşayır.Bunların müəyyən bir qismi parazitlik,digər bir qismi isə həyati vacib sayılan çevrilmə proseslərini,maddələr mübadiləsinin normal gedişini tənzimləyir.

İnsanın nazik  və yoğun bağırsağında yaşayan prebiotik bakteriyalardır. Onların iş fəaliyyəti lifli qidaların hesabına normallaşır.Nəticədə bağırsaq peristaltikası normal fəaliyyət göstərir. Lifli qidalar demişkən lobya, armud, alma, banan, brokoli, qabaq, ispanaq, mərcimək, taxıl məhsulları, əncir, bulqur, portağal, qoz, fıstıq, yulaf, göy noxud, avokado, nar, kök nəzərdə tutulur.Bu kimi qidaları mütamadi istifadə etdikdə prebiotik bakteriyalar normal funksiya yerinə yetirir.Prebiotik baktetiyaların normal fəaliyyət göstərməməsi artıq çəkinin yaranamasına səbəb olur.Daimi lifli qidalar istifadə etmək lazımdırki,prebiotik baktetiyalar normal fəaliyyət göstərsin.

Prebiotik bakteriyalar normal çalışarsa qan təzyiqinin normal olması,özünü xoşbəxt hiss etmək(çünki serotonin hormonu normal sintez olunur),xolestrolun normal səviyyədə olması,qan şəkərinin normal tənzimlənməsi baş verir.

Probiotik bakteriyalar isə xaricdən insan orqanizminə daxil olur.Yəni normal şəkildə insan orqanizmində yaşamır.Bu səbəbdən biz bunları mütamadi qəbul etməliyik.Məsələn,hər gün bir fincan qatıq idtifadə edəriksə lazım olan probiotikləri qəbul etmiş olarıq.Probiotik bakteriyalar əslində prebiotik bakteriyaların işinə yardımçı olur.Onların simbiotik (şərikli) iş  prosesi sayəsində maddələr mübadiləsi normallaşır.Bu bakteriyalar qidaların tərkibində olan lazımlı vitaminlərin sintezində əsas rol oynayır..Məsələn,normal probiotik qəbul edəriksə bu zaman bizə vacib lazım olan K vitamini orqanizmimizdə normal səviyyədə bu bakteriyalar tərəfindən sintez olunur.Bəs K vitaminin əsas funksiyası nədir? sualına gəldikdə isə ,bu orqanizmdə Ca və P mübadiləsini tənzimləyir.Yəni qanda toplanmış artıq Ca və P elementlərini sümüklərə çatdırır.Nəticədə qan qatılığı normal səviyyədə olur.K vitaminin orqanizmdə normal səviyyədə olmasını istəyiriksə o zaman bu vitaminlə zəngin bitkiləri qəbul etməliyik.K vitaminiylə zəngin ən çox kələm sortlarıdır.Kələm sortlarının birinci sıralamasında brokoli durur.Bu bitki qruplarını mütamadi istifadə etdikdə qan qatılığı normal səviyyədə olur.Ən böyük problemlərdən olan sümük əriməsi halı yaşanmır.

Qeyd etdikki,probiotiklər xaricdən qəbul olunur.O zaman belə sual yaranır.Biz ilk dəfə nə zaman probiotiklərlə qarşılaşırıq?!Uşaq təbii doğuşla dünyaya gələn zaman öz anasından təbii şəkildə probiotikləri qəbul edir.Bu probiotiklər normal immun sisteminin yaranması üçün əsas şərtdir.Belə bir deyim var:-bağırsaqlar bizim ikinci beynimizdir!Bəli bağırsaqlar normal çalışarsa,əmələ gələn qan təmiz olaraq bədəndə dolaşar.Gün ərzində başımıza gedən 1 l qan təmiz çatdırılar.Təmiz qanla qidalanan beyin isə sağlam düşüncəli olar.

Amma çox təəssüflər olsunki,indi dünyaya gələn uşaqların böyük qismi normal doğum deyil,keysəriyyə yolu ilə dünyaya gəlir.Nəticə etibari ilə uşaq təbii şəkildə anasından probiotik qəbul edə bilmir.Ona görə bu yolla dünyaya gələn uşaqlarda immun sistemi normal formalaşmır.Bir çox problemlər elə buradan qaynaqlanmağa başlayır.Vacib olmadıqca keysəriyyə əməliyyatlarına son qoyulmalıdır.Bu barədə ciddi ölçülər götürülməlidir.

Vücudumuzda qoruyuculuq sistemindən tutmuş digər mürəkkəb proseslərin gedişi bu gözə görünməyən mikroorqanizimlərdən asılıdır.Onlar əsasən vitamin sintezi,qan şəkərinin tənzimlənməsi,beyin sağlığı,yağların parçalanması  və orqanlarımızın sağlığı bakteriyaların normal fəaliyyət göstərməsindən asılıdır.

Hal-hazırki dönəmdə insanların çox hissəsində ishal,həzimsizlik,qəbizlik,əsəbililik kimi problemlərlə çox qarşılanır.Bu problemlər yaranan zaman orqanizm üçün həyati əhəmiyyət kəsb edən orqanlarımız qaraciyər,böyrək və qaraciyər ödü şiddətli dərəcədə təhlükəli vəziyyət ilə üzləşir və iş funksiyaları pozulur.Nəticədə şəkərli diabet,ürək-damar xəstəlikləri,xərçəng xəstəliyinə qədər gətirib çıxarır.

Əgər sağlam orqanizmə və sağlam bir beynə sahib olmaq istəyiriksə ,o zaman normal prebiotik bə probiotiklərə malik olmalıyıq.Hər zaman prebiotik bakteriyaları normal çalışdıran liflər qəbul etməliyik.

Xəyalə Ramazanlı
xeyaleserdarqizi889@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.