“Biri var idi, biri yox idi…”

Print Friendly, PDF & Email

Turqut bəy Rza-zadə, nənəmiz də, deyərdi bizə nağıllar!

  Belə başlardı nağıllar, “Biri vardı, biri yox…”.
  Üç alma ilə, sonlanardı o, nağıllar!
  “Göydən üç alma düşərdi, biri sənin, biri mənim, biri nağıla qulaq asanın” və ya,   “Göydən üç alma düşdü, biri sınin, biri mənim, biri nağıl deyənin”.
  Qulaq asardlq nağıla, büşünərduk nağılla!

   Göydə alma olmaz, alma ağacda olar! Necə çıxdı göyə alma? Niyə nənəmdə iki alma, məndə niyə bir alma? Bəs hanı o alma? 
  Niyə nənəmdə iki, məndə bir alma? Hanı o alma?
  İllər keçdi böyüdük, böyüdükcə hərdən düşündük!
  Nənəmiz nağıl deyərdi “biri vardı, biri yox idi, deyərdi nənəmiz! 
  Axı niyə, o nağılın sonda, göydən niyə, üç alma düşərdi?
  Böyümüşdük daha, düşünürdük daha!
  “Biri vardı, biri yox idi”, deyilib başlanardı nağıllar!
  Belə imiş əvvəldən, O- Var idi Əvvəldən, gördüklərimiz yox imiş əvvəldən!
  Demə, “O Bir”, Var imiş Əvvəldən!
  Göydən Düşən “alma”, üç imiş!
  Biri Hal, biri İstəklərin, bir də, Çatacağın nəticələrin!
  “Biri vardı, biri yoxdu! 
  İkisi arasında, bir nəticə vardı”
  Turqut bəy, göydən üç alma düşdü, biri Göyün, buri Göndərənin, biri Nəticəni, mə’nasını tapanın!
  Belə idi nağıllar!
  Biri “Məlik Məmməd”, biri “Cırtdan” idi nağıllar!
  Məlik Məmməd, Qaranlıq dünyadan, Simurq quşu ilə, Qa (İşıq), Qu (Qida), ilə çıxdi “İşıqlı”, Aləmə!
  Cırtdan, Divə (Qaranlıqlar aləminə), rast gəldi, uzaqda “İşıq” Gördü, İşığa tərəf   Getdi, İşıqda xilas oldu!
  Bu idi yadda qalan, o çox nağıllar arasından, belə nağıllar!
  İşığa çağırardı o nağıllar! 
  İşığı çağırardı o “nağıllar!”.
  İşıqla-İşığı çağırardı, o, Nağıllarımız!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.