“Azərbaycan dünyada ilk əlifbanın vətənidir”- ATV SƏHƏR-də

Print Friendly, PDF & Email

Bu günlərdə ATV SƏHƏR proqramında Əjdər Fərzəlinin (1937-2011) “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası”(rus dilində)kitabınin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yenidən nəşr edilməsi barədə xəbər yayımlanmışdır.

Tədqiqatçı-alim, gözəl şair, unudulmaz dost, ğözəl ailə başcısı, filoloğiya elmləri namizədi(2007), AMEA-nın İmadəddin Nəsimi adına Dilşilik İnstitutunun onomastika  şöbəsinin  böyük  elmi işçisi Əjdər Əliş oğlu Fərzəliyev (Əjdər Fərzəli) 1937-ci il martın 23-də Ağcabədi şəhərində dünyaya göz aşmış, 1956-cı ildə, universitetdə oxuduğu günlərdə ilk şeiri ilə yaradıcılığa başlamışdır. Böyük Azərbaycanşünas Əjdər Fərzəlinin ümumilikdə 19 kitabı, 300-dən yuxarı elmi və elmi-populyar məqaləsi işıq üzü görmüşdür.

Tədqiqatçı 1976-cı ildən ömrünün son günlərinədək əsas gücünü “Gəmiqaya-Qobustan” abidələrinin tədqiqinə, araşdırılmasına sərf etmişdir.

Alim Gəmiqaya-Qobustan rəsmlərini ilk dəfə elmi-tarixi, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edib, bu qənaətə gəlmişdir ki, Gəmiqaya-Qobustan bu günədək elmə az məlum olan bir sivilizasiyanı təmsil edir. O, qədim Yunan, Hind, Misir, Şumer və başqa sivilizasiyalardan daha əvvəl yaranmış  və  özündən sonra gələn bütün mədəniyyətlərə-sivilizasiyalara çox güclü təsir göstərmişdir. Gəmiqaya-Qobustan mədəniyyəti bilavasitə Azərbaycan (oğuz)  xalqına məxsusdur.

Gəmiqaya-Qobustan abidələrinə istinadən Böyük daşqın və Nuhun gəmisi haqqında əfsanələr məhz Azərbaycanda yaranmış və buradan bütün dünyaya yayılmışdır.

Əjdər Fərzəlinin misilsiz kəşflərindən biri çoxşəkilli-çoxişarəli qədim Azərbaycan əlifbasını kəşf etməsidir. Alim ilk milli xəritəni də kəşf etmişdir. O, sübut etmişdir ki, Azərbaycan qədim və mükəmməl fonoqrafik əlifbanın vətənidir və  dünya əlifbalarının çoxu qədim Azərbaycan əlifbasından iqtibasla yaradılmışdır. O cümlədən: Finikiya, Yunan-Latın, Hind, Slavyan-Kiril, Anqlo-saks, Alman, Etrusk-İber, Ərəb, Erməni, Mayya (Amerika) və başqa əlifbalar qədim  Azərbaycan Gəmiqaya-Qobustan mənşəlidir. Alim sübut etmişdir ki, ilk Azərbaycan (oğuz) əlifbası-Ana əlifbamız 32 hərfdən ( 9 sait və 23 samit) səsdən ibarət olmuşdur. Məhz bu kəşf etdiyi əlifba sayəsində 440 sözü  oxumuşdur.

Alim qayaüstü təsvirlərə, əsasən, musiqi alətlərini aşkara çıxarmış, beləliklə, musiqinin, muğamın beşiyinin məhz Azərbaycan olduğunu, Gəmiqaya-Qobustan mədəniyyətinin bilavasitə Azərbaycan (oğuz)  xalqına məxsus olduğunu sübut etmişdir.

  Elm faktlara əsaslanır. Əjdər Fərzəlinin silsilə “Gəmiqaya-Qobustan”  monoqrafiyalarında irəli sürülən fikirləri, apardığı təhlillər, çıxardığı nəticələr bilavasitə faktlarla, qaya təsvirləri ilə təsdiq olunur.

      Əjdər Fərzəlinin tədqiqatları Azərbaycan tarixinə yeniliklər gətirmişdir. Söy kökümüzü araşdırmaq üçün bundan sonra Əjdər müəllimin kitablarına daha çox ehtiyac yaranacaqdır. Bunu tarix və zaman göstərəcəkdir. Onun tədqiqatları Vətənimizin ulu mədəniyyətinin öyrənilməsi yolunda geniş bir cığır açdı.

Mərhumun ailə üzvləri və layihənin koordinatoru olaraq “AqRa”EİDİB adından ATV televiziya kanalının rəhbərliyinə, Səbuhi Turana,Turan İbrahimova,xüsusi ilə 2005-ci ildən başlayaraq bu günədək Əjdər Fərzəlinin araşdırmalarının xalqımızın gələcəyi üçun mühüm əhəmiyyət kəsb etdiyini anlayaraq mərhum Görkəmli Ziyalı Elman İslam oğlu Əliyevlə (1959-2011) birgə dəstəkləyən Nicat Sadıxlıya,professorlar Buludxan Xəlilova və Abbas Seyidova öz dərin minnətdarlığımızı bildiririk.

          

“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.