Arazdan Turana kitabına ön söz

Print Friendly, PDF & Email

Abdulla Şaiqin “ArazdanTurana” adlı yeni seçilmiş əsər­ləri külliyyatına ədibin məlum nümunələrlə yanaşı, müxtəlif səbəblər üzündən uzun müddət nəşri yasaq olunan əsərləri də daxil edilmişdir. Oxucular da Şaiq irsinə maraq oyadacaq “Araz­dan Turana”, “İntizar qarşısında”, “Yeni ay doğarkən”, “Vətənin yanıq səsi”, “İki muca­hid”, “Ülkər”, “Həyat– sev­məkdir” kimi sənətkaranə ya­zıl­mış onlarla poema və şerləri belə nümunələrdəndir.

Mə­lum səbəblər üzündən Azərbaycan oxucusunun diqqə­tin­dən kənarda qalan bu kimi əsərlərində türkün ümu­mi­ləş­miş, mübariz, mifiksurəti, vətən sevgisi, dö­yüşgənliyi, qüdrəti, türk qadınının paklığı, ucalığı tərənnüm olunur, türkün hələ indiyə qədər (yəni20-ci illərə qədər) poeziya­mızda açılmayan sifətləri, mübarizliyi, fədakarlığı can­lan­dı­rılır.

Azərbaycanda- Bakıda xeyl iyaşamış, ikicild lik Azər­bay­can ədəbiyyatı tarixini nəşr etdirmiş, 20-ci illər ədəbi, elmi, pedaqoji mühitinə qaynayıb-qarışmış, öz fəaliyyəti ilə dövrün mədəni həyatında dərin iz buraxmış məşhur türk alimi İsmayıl Hikmət 1923-cü ildə Bakıda keçirilən təntənəli Şaiq gecəsin­də­ki” şaiqanə” çıxışında dövrün dillər əzbəri olan aşağıdakı şerini demişdi:

Nə diyorlar bəşərlə firdövsə

Dönəcəkmiş, deyilmi, dünyamız?!

Biri: “İnsan mələk olurmu?” – desə,

Bən derim: Bir misal ıvar bakınız:

Bu təbii şüari- munislə,

Bəncə, Şaiq nümunədir mələyə!

Həqiqətən Şaiq öz dövrünün mələk xislətli sənətkarı idi.

Bir əsrə yaxındır ki, artıq hər bir azərbaycanlı balası di­lini babaları Abdulla Şaiqin şerləri ilə, bu şerlərin söz­lərinə yazıl­mış mahnılar ilə açır, “Ay pipiyi qan xoruz”, “Ala-bula boz keçi”, “Tıq-tıq xanım” ruhu hər azər­bay­canlı balasının mənəvi dünyasına, düşüncəsinə hakim kə­si­libdir. 1918-ci ildəA.Şai­qin özünün milliləşdirdiyi rus dilli məktəbin əsasında yara­dıl­mış “Şaiq nümunə mək­tə­bi ” Şaiq humanizmini, azərbaycan­çı­lığını yaymaq, aşıla­maq yolunda əvəzsiz iş görənən güclü, təsirli mənəvi va­si­təyə, məktəbə çevrilmişdir. Əsrimizin əv­vəl­lərindən baş­la­yan bu mənəvi sıçrayış ara vermədən bu günə qədər da­vam edir, milli mənliyimizin dirçəlişinə təkan ve­rir. 1981-ci ildə ədibin 100 illik yubileyinin böyük təntənə ilə keçi­ril­məsi, ümum xalq bayramına çevrilməsi bu sənətin öl­məz­liyini bir daha təsdiq etdi.

Abdulla Saiq Arazdan Turana kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.