10 dekabr Aydın Əzimbəyovun ad günüdür

Print Friendly, PDF & Email

Aka­de­mi­k, So­sia­list Əmə­yi Qəh­rə­ma­nı Nacim  Xam­ra­yev

Aydın Əzimbəyov haqqında

Əsl in­san xark­te­ri­nin ciz­gi­lə­ri

Ay­dın Əli­bəy oğ­lu Əzim­bə­yov­la ara­mız­da olan möh­kəm ki­şi dost­lu­ğu­nun qırx il­lik ta­ri­xi var. Bu il­lər ər­zin­də mü­na­si­bət­lə­ri­mi­zin də­yiş­məz­li­yi­nə, sa­diq­li­yi­nə, onu qiy­mət­lən­dir­mək və qo­ru­yub sax­la­maq ba­ca­rı­ğı­na gö­rə da­ha çox Ay­dı­na min­nət­dar ol­ma­lı­yam.

Onun­la müx­tə­lif sa­hə­lər­də iş­lə­mə­yi­mi­zə bax­ma­ya­raq,  Ac Çö­lün – Öz­bə­kis­ta­nın Sır­dər­ya vi­la­yə­ti­nin 300 min hek­tar sa­hə­ni əha­tə edən bu ən bö­yük, su­suz  və  məs­kun­laş­ma­mış mas­si­vi­nin fəth edil­mə­si ilə bağ­lı müx­tə­lif tə­sər­rü­fat mə­sə­lə­lə­ri ilə əla­qə­dar tez-tez gö­rüş­mə­li olur­duq.

 Ay­dın Əzim­bə­yov ki­mi yüz­lər­lə mü­tə­xəs­si­sin sa­yə­sin­də bu­ra­da bir mil­yo­na ya­xın əha­li­si olan ye­ni in­zi­ba­ti vi­la­yət ya­ra­dıl­dı.

İs­teh­sal gü­cü 200 kub/­san olan nə­həng,  uni­kal Ci­zak Na­sos Stan­si­yas­nın in­şa­sın­da və  ava­dan­lıq­la­rın  mon­ta­jı  iş­lə­ri­nin təş­kil olun­ma­sın­da da Ay­dın Əli­bə­yo­viç ya­xın­dan iş­ti­rak edir­di.

Çox qı­sa müd­dət ər­zin­də  pam­bıq tar­la­la­rı­nın su­va­rıl­ma­sı üçün tə­ci­li su ve­ril­mə­si tə­ləb olun­du­ğun­dan bu is­ti­qa­mət­də iş da­yan­ma­dan, bü­tün gün ər­zin­də çox gər­gin şə­ra­it­də  da­vam edir­di. Bu yer­də Ay­dın Əli­bə­yo­vi­çin xa­rak­te­rin­də­ki çox də­yər­li key­fiy­yət­lə­ri xü­su­si qeyd et­mək is­tə­yi­rəm. Ay­dın Əzim­bə­yov  heç vaxt emo­si­ya­la­ra qa­pan­mır və iş­çi kol­lek­ti­vin­də ya­ra­nan hər han­sı ne­qa­tiv əh­val-ru­hiy­yə­nin qar­şı­sı­nı dər­hal al­ma­ğı ba­ca­rır­dı. O, həssaslıqla və­ziy­yə­tin mü­rək­kəb­li­yi­ni hiss edir və  da­nış­dı­ğı bir qay­da ola­raq,  çox ye­ri­nə dü­şən, yu­mo­ris­tik əh­va­lat­lar­la bu gər­gin­li­yin azal­dıl­ma­sı­na na­il olur­du. Həm də onun da­nış­dıq­la­rı adi lə­ti­fə yox, çox mə­na­lı, əy­lən­cə­li, həm də  müdrik hə­yat ha­di­sə­lə­ri olur­du. Xe­yir­xah­lı­ğı, ün­siy­yət­cil­li­yi, həm­kar­la­rı və fəh­lə­lər­lə hör­mət­lə dav­ran­ma­sı, təş­ki­la­ti mə­sə­lə­lə­ri ope­ra­tiv həll et­mə qa­bi­liy­yə­ti Ay­dın Əli­bə­yo­vi­çin  bö­yük  hör­mət  sa­hi­bi ol­ma­sı­na  və onun pro­fes­sio­nal in­şa­at­çı ki­mi sa­yı­lıb-se­çil­mə­si­nə zə­min ya­ra­dır­dı. Öz­bə­kis­tan Na­zir­lər So­ve­ti Nəq­liy­yat şö­bə­si­nin mü­di­ri və  Res­pub­li­ka­nın Av­to­mo­bil  Nəq­liy­ya­tı  Na­zi­ri və­zi­fə­si­nə  tə­yin olu­nan­da  da o, özü­nün hey­rət do­ğu­ran fə­al­lı­ğı, gör­dü­yü işə vic­dan­la və mə­su­liy­yət­lə ya­naş­ma­sı ilə fərq­lə­nir­di.

Azər­bay­can Res­pub­li­ka­sı rəh­bər­li­yi­nin çox müd­rik qə­ra­rı  ilə Ay­dın Əli­bə­yo­viç Əzim­bə­yo­vun  Öz­bə­kis­ta­na sə­fir tə­yin edil­mə­si bi­zi – onun dost­la­rı­nı heç də tə­əc­cüb­lən­dir­mə­di. Söz­süz ki, bu  za­man onun  uzun müd­dət  bu  Res­pub­li­ka­da ya­şa­ma­sı, rəh­bər və­zi­fə­lər­də­ki  ço­xil­lik təc­rü­bə­si və  adam­lar­la tez  dil ta­pa bil­mə­si, fit­rən  tər­bi­yə­li, təm­kin­li, ol­ma­sı və  əl­bət­tə  ki, dip­lo­mat ki­mi şəx­si key­fiy­yət­lə­ri nə­zə­rə alın­mış­dı. Onun tə­yi­na­tı ilə  Azər­bay­can  Res­pub­li­kaı­nın  Öz­bə­kis­tan­da­kı sə­fir­li­yi  ən fə­al qu­rum­lar­dan bi­ri­nə çev­ri­lə bil­di.

Çox­lu  say­da  müx­tə­lif,  bir­gə  mə­də­ni təd­bir­lər ke­çi­ri­lir, mil­li ka­lo­rit və adət-ənə­nə­lər nə­zə­rə alın­maq­la, ge­niş və rən­ga­rəng mil­li bay­ram­lar qeyd edi­lir­di.

Res­pub­li­ka rəh­bər­li­yi ilə çox gö­zəl şəx­si və iş­gü­zar əla­qə­lə­ri olan Ay­dın Əzim­bə­yov Azər­bay­can  Mə­də­niy­yət  Mər­kə­zi üçün həl­li  heç də sa­də ol­ma­yan yer se­çil­mə­si, sə­fir­li­yin ye­ni bi­na­sı­nın in­şa edil­mə­si, da­hi Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi­nin hey­kə­li­nin ucal­dıl­ma­sı  ki­mi bir çox mə­sə­lə­lə­rin ope­ra­tiv həl­li­nə na­il ola bil­miş­di. Özü­nün çox zən­gin in­şa­at­çı  təcrübəsindən və təş­ki­lat­çı­lı­ğın­dan is­ti­fa­də edə­rək, o, çox qı­sa bir müd­dət ər­zin­də  bu ob­yekt­lə­rin ti­kin­ti iş­lə­ri­ni ba­şa çat­dır­dı, ət­raf əra­zi­ni abad­laş­dır­dı. İn­di Daş­kən­din gö­zəl ümu­mi me­mar­lı­ğı­na har­mo­nik da­xil olan bu ti­ki­li­lər, şüb­hə­siz, onu da­ha da gö­zəl­ləş­dirmişdir.

Azər­bay­can di­as­po­ru Öz­bə­kis­tan­da­kı ən önəm­li di­as­por­lar­dan bi­ri­dir. Şi­şirt­mə­dən de­mək olar ki, Ay­dın Əli­bə­yo­viç  hər  bir  həm­və­tə­ni­ni şəx­sən ta­nı­yır. O, mü­ba­hi­sə­li, hər­dən konf­likt xa­rak­te­ri al­mış mə­sə­lə­lə­rin həl­lin­də şəx­sən iş­ti­rak edir, əmək və mü­ha­ri­bə ve­te­ran­la­rı, yaş­lı nəs­lin nü­ma­yən­də­lə­ri və gənc­lər­lə gö­rüş­lər təş­kil edir­di. Gös­tər­di­yi həs­sas və qay­ğı­keş mü­na­si­bə­tə  gö­rə adam­lar onun­la tə­mas­da ol­ma­ğa can atır, sə­fir­lə gö­rüş­dük­də xe­yir­xah məs­lə­hət ala­caq­la­rı­na və on­la­rın prob­lem­lə­ri­nin həl­li­nə müt­ləq kö­mək edi­lə­cə­yi­nə    ina­nır­dı­lar. Ay­dın Əli­bə­yo­viç Öz­bə­kis­tanda akk­re­di­tə olun­muş di­gər öl­kə­lər­nin dip­lo­ma­tik kor­pus­la­rı ilə də çox gö­zəl, eti­bar­lı mü­na­si­bət­lər ya­ra­da bil­miş­di.

Azər­bay­can və Öz­bə­kis­tan Res­pub­li­ka­la­rı ara­sın­da dost­luq əla­qə­lə­ri­nin da­ha da möh­kəm­lən­di­ril­mə­si və in­ki­şaf et­di­ril­mə­si­nə gö­rə Öz­bə­kis­tan döv­lə­ti­nin   rəh­bər­li­yi sə­fir Ay­dın Əli­bə­y oğ­lu Əzim­bə­yo­vu «Xalq­lar Dost­lu­ğu» or­de­ni ilə təl­tif et­miş­dir.

Dost öl­kə­nin sə­fi­ri­nin be­lə bir  yük­sək or­den­lə təl­tif edil­mə­si ki­mi qey­ri-or­di­nar bu fakt onun şəx­si və xid­mə­ti  key­fiy­yət­lə­ri­nin yük­sək sə­viy­yə­də eti­ra­fı­na şə­ha­dət ve­rirdi. Uzun il­lər bo­yu rəh­bər və­zi­fə­lər­də ça­lış­ma­sı Ay­dın Əzim­bə­yo­vun xa­rak­te­ri­nin də­yiş­mə­si­nə sə­bəb ola bil­mə­di. Za­man və şə­ra­it çox vaxt in­san­lar ara­sın­da­kı mü­na­si­bət­lə­rə tə­sir­siz qal­mır. Ha­lal, lə­ya­qət­li və əx­laq­lı ol­maq, yax­şı­lı­ğı unut­ma­maq ki­mi qiy­mət­li in­sa­ni key­fiy­yət­lə­ri ne­cə qo­ru­yub sax­la­ma­lı? Na­dir hal­lar­da ki­mə­sə, bü­tün şü­ur­lu hə­ya­tı bo­yun­ca, bu ən yax­şı in­sa­ni key­fiy­yət­lə­ri qo­ru­yub sax­la­ya bil­mək nə­sib olur.

Mən çox şa­dam ki, hə­ya­tım­da Ay­dın Əzim­bə­yov ki­mi bir in­sa­nın ye­ri var və ötən il­lər bi­zim qar­şı­lıq­lı meh­ri­ban­lı­ğı­mı­za, ən yax­şı hiss­lə­ri­mi­zə tə­sir gös­tə­rib,  də­yiş­di­rə  bil­mə­yib.

Nacim  Xam­ra­yev,

Öz­bə­kis­tan və Ru­si­ya

Kənd Tə­sər­rü­fa­tı Elm­lə­ri

Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki,

tex­ni­ka elm­lə­ri dok­to­ru, pro­fes­sor,

So­sia­list Əmə­yi Qəh­rə­ma­nı

“Aydın Əzimbəyov – Tarixlə səsləşən ömür yolu” ,  Məhərrəm Zaman , “Ziya” Nəşriyyat Poliqrafiya Mərkəzi, Bakı 2012 səh 91-94

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.