Əsgərov Yusif Bayram oğlu

Print Friendly, PDF & Email

-24 dekabr 1938-ci ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində qulluqçu ailəsində anadan olub.
-1955-ci ildə Qəbələ (keçmiş Qutqaşın) şəhərindəki orta məktəbi bitirmişdir.
-1956-58-ci illərdə Saratov xüsusi milis məktəbini bitirib hüquqşünas diplomu almışdır.
-Azərbaycan Politexnik İnstitununu (qiyabi, rus sektorunu) bitirib, dəmir yolunun elektrikləşdirilməsi ixtisasi üzrə ali təhsilli mühəndis diplomu almışdır.
-1958-1990-cı illər ərzində Azərbaycanın müxtəlif rayon və şəhərlərində o cümlədən Şəmkir (Şamxor), Gəncə (Kirovabad), İmişli, Əli Bayramlı, Ordubad, Naxçıvan, Culfa, Şərur, Noraşen, Tovuz, Qazax, Yevlax Goranboy (Qasım İsmayılov), Füzuli, Ağsu, Mingəçevir, İsmayıllı, Ağdaş rayonlarında Azərbaycan Daxili İşlər Nazirliyi nəznindəki müxtəlif rəhbər vəzifələrdə işləməklə, 1990-cı ildə Mingəçevir Daxili İşlər şöbəsindən milis mayoru rütbəsində təqaüdə çıxmışdır.

-1992-94-cü illərdə Azərbaycan Elmlər Akademiyasının nəznində olan xüsusi konstruktor bürosunun (SKB) ümumi işlər üzrə direktor müavini olmuşdur.
-1995-ci ildən bu günə qədər öz şəxsi təşəbbüsü və imkanı hesabına Rusiyanın Tümen vilayəti, Xantı-Mansisk muxtar mahalı ərazisində Azərbaycanı təmsil etməyə başlamışdır.
Ailə tərkibi: 7 övladı (2 oğlu, 5 qızı) var, hamısı ali təhsillidir, (1 oğlu hüquq elmləri namizədidir); 18 nəvəsi, 2 nəticəsi var.

Əsgərov Yusif Bayram oğlunun 1995-2013-cü illərdəki ictimai fəaliyyətinin qısa xrolonogiyası.
-1996-cı il: Nijnevartovsk şəhərində 1992-ci ildə yaradılmış “Azərbaycan həmyerliliyi” mədəni maarif cəmiyyətinin sədr müavini (sədr: Eldar İmanov)
-1997-ci il: Meqion şəhərində “Azərbaycan” adlı ilk mədəni-maarif cəmiyyətinin yaradıcısı və sədri.
-1998-ci il: Lanqepas şəhərində “Azəri” adlı ilk Azərbaycan ictimai təşkilatının rəsmi yaradıcısı və rəhbəri.
-1998-ci il: Meqion şəhərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 75 illik yubileyinə tövhə olaraq “Azərbaycan mədəniyyəti” sinif-muzeyinin ilk yaradıcısı.
-1998-ci il: Surqut Dövlət Universitetinin 5 illik yubileyi münasibəti ilə təşkil edilmiş konfransa dəvət olunan ilk Azərbaycanlı ictimai təşkilat nümayəndəsi.
1999-cü il: Xantı-Mansiysk şəhərində “İnsan və təbiət” Dövlət muzeyində daim fəaliyyət göstərən Azərbaycan mədəniyyəti sərgisinin təşkilatçısı.
-1999-cu il: Nijnevartovsk şəhərindəki 18 № məktəbdə Azərbaycan Dövlət Qurulucuğu və Beynəlxalq Münasibətlər İnstitutunun “XXI-ci Əsr-Dirçəliş” jurnalının nümayəndəliyinin yaradıcısı.
1999-cu il: Meqion, Lanqepas şəhərlərində Moskva rəssamlarının əsərlərindən ibarət sərginin (vernisaj) yaradıcı-təşkilatçısı.
-2000-2010cu illər: Xantı-Mansiysk Muxtar Mahalı Qubernatoru yanında təşkil olunmuş milli məsələlər üzrə koordinasiya şürasının ilk Azərbaycanlı ictimaiyyəti nümayəndəsi.
-2000-ci il: Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK, rusca YAK) yaradılması və rəsmi qeydə alınmasında fəal iştirakçı və üzv; YAK mərkəzi şürasının üzvü; Xantı-Mansisk Muxtar Mahalı üzrə YAK regional bölməsinin sədri.
-2000-2001-ci illər: Azərbaycan və SSRİ xalq artisti Lutfiyar İmanovun və Mingəçevir şəhər kukla teatr dərnəyi kollektivinin şəxsi təşəbbüsü və imkanı hesabına xeyriyyə qastrol səfərlərinin təşkilatçısı.
-2001-ci il: Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayının nümayəndəsi.
-2003-cü il: Xantı-Mansiysk şəhərində dövlət tərəfindən tikilmiş “Dostluq evi” açılışının iştirakçısı.
-2004-cü il: Xantı-Mansiysk Muxtar Mahalı tarixində ilk dəfə olaraq, öz təşəbbüsü və imkanı hesabına Azərbaycan haqqında sənədli telefilm çəkilməsi məqsədi ilə Meqion və Lanqepas şəhərləri teleşirkətlərinin çəkiliş qrupunun Azərbaycana gətirilməsinin təşkilatçısı və hazırlanmış filmin Xantı-Mansiysk ərazilərində nümayiş etdirilməsinin təşəbbüskarı:
-2007-ci il: Meqion şəhərində professional kollecdə Novruz bayramı ərəfəsində Azərbaycan mədəniyyəti, adət-ənənəsi və tarixinə dair sərginin təşkilatçısı və ilk mədəniyyət sertifikatının sahibi:
-2008-ci il: Azərbaycanın Şəki şəhərində, dostluq və əlaqə körpülərinin yaradılması və genişləndirilməsi məqsədilə R.B.Əfəndiyev adına Dövlət Tarixşünaslıq muzeyində Xantı və Mansi xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirən eksponatlardan ibarət sərgi açılışının təşəbbüskarı və yaradıcısı:
-2009-cu il: Xantı-Mansiysk milli sərgisinin açılışı və Şəkidə keçirilən “mətbəx bayramı” ilə əlaqədar, Xantı-Mansiysk Muxtar Mahalı qubernatorunu ilə razılaşma əsasında, qubernatorun müşaviri Vidrina
Qalina Antonovnanın rəhbərliyi altında rəsmi nümayəndələrin Azərbaycana ilk səfərinin təşəbbüskarı və təşkilatçısı:
-2010-cu il: Nijnevarotvski şəhər Daxili İşlər İdarəsi veteranlar şürasının üzvü:
-2013-cü il: Azərbaycan Ağsaqqallar Şürasının nəzdində Nijnevartovsk şəhərində Beynəlxalq statuslu “Nijnevartovsk Azərbaycanlıları Ağsaqqallar ailəsi” ictimai təşkilatının (öz təşəbbüsü ilə) yaradıcısı və başçısı.

“Şəxsiyyət” jurnalında Yusif Əsgərov

Yusif Əsgərovun ictimai fəaliyyətindən foto görüntülər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.