Vahid Rzayev, Fikrət Rzayev “Yaranış” haqqında söhbət-II hissə

Print Friendly, PDF & Email

SÖZÖNÜ

   Bu kitabın I hissəsində qeyd olunduğu kimi, Böyük Yaradanın Özünün Mərhəməti və Lütfündən Yer üzünün bəşəriyyətinə Göndərdiyi Müqəddəs “Yaranış” Kitabı 1999-cu ilin mayında Bakıda çap edilmişdir.
   Kitabda Böyük Yaradan Özü və Müqəddəsləri (Mələkləri), Kainatın, günəşlərin və planetlərin, o cümlədən Yerin quruluşu, hərəkətləri haq-qında insanlara bilgilər Vermişdir. Burada Kainatın və bəşəriyyətin ya-ranışının İlkin və sonrakı çağları, fərdlərin canlılar aləminə gəlişinin və qayıdışının mə’na və mahiyyəti, həyatda davranış normaları, Yer üzünə və digər yaşayış planetlərinə Göndərilənlərin (Peyğəmbərlərin) Göndəriş məqamları və bir çox digər məsələlər barəsində bəhs edilir.
   Baxmayaraq ki, Böyük Yaradan Deyimlərini yazıya gətirən Vahid Rzayev Kitabın sonunda bunlardan bə’zilərinə açıqlamalar vermişdir, Onu tam dərk etməsi üçün oxucunun bir çox yeni, indiyə kimi insanlara mə’lum olmayan bilgilərə malik olması tələb edilir.
   1998-ci ilin mart ayından e’tibarən Vahidin Qeydlər Dəftərlərini oxumuş və özümün marağım dairəsində, dərkiyatım üçün onunla, yeri düşdükcə, geniş söhbətlər etmişəm.
   Oxucunun diqqətinə təqdim edilən bu kitabdakı (II hissə) söhbətlərin əsas məqsəd və məzmunu, qismən olsa da, Deyimlərin açıqlamalarına, İlahiyyat Elminin dərkiyatına xidmət edir. Burada yeri gəldikcə “Yaranış” Kitabının və Böyük Yaradanın bu Kitaba daxil olmayan yeni Deyimlərinə istinad edilmişdir. Mətndə mənim tərəfimdən mö’tərizələr daxilində kur-sivlə verilən qeyd-izahların da oxucuya müəyyən köməyinin olacağını güman edirəm.

Fikrət Rzayev

 

Kitabı Yüklə

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 9 =