SƏDƏRƏKDƏ YAZILAN GÜNDƏLİK…

Print Friendly, PDF & Email

   

   Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanın qeyrət qalası adlandırdığı Sədərəyin on illik (1985-1995) tarixinin gərgin ictimai-siyasi prosesləri, xüsusilə erməni təcavüzünün nəticələri müəllifin dəqiq müşahidələri əsasında əyani şəkildə təsvir edilir.

 

ÖN SÖZ

 

            40 ildən artıqdır (1966-cı ildə Naxçıvan şəhər pedaqoji mək­­təbinə qəbul olduğum vaxtdan) gündəlik yazıram. Lap gənclik illərimdən görüşüb tanış olduğum adamlar haqqında düşüncələrim, gör­kəmli elm və sənət adamları ilə görüşlərdəki söhbətlərimin mə­z­m­unu əks olunub bu qeydlərdə. Bir də bu gündəliklərdə doğulub bo­ya-başa çatdığım torpağın qəhrəmanlıq tarixi, bu torpaqda baş ve­rən ictimai-siyasi hadisələr tam dəqiqliyi ilə qeydə alınıb. İmkanım ça­tan qədər şəxsi həyatımı yox, ictimai-siyasi prosesləri, ədəbi-mə­dəni mühitin əksini verməyə çalışmışam. Qarşıma məqsəd qoy­mu­şam ki, bu gündəlik mənim həyatımı yox, yaşadığım dövrü, iştirakçısı olduğum, şəxsən müşahidə etdiyim hadisələri, həmin dö­v­rün insanlarının xarakter və mövqelərini əks etdirməli, gələcək nə­sillərə çatdırmalıdır. Şübhəsiz ki, özüm də həmin cəmiyyət içə­ri­sin­də bir fərd kimi görünməliyəm. Elə buna görə də heç bir təm-t­ə­ra­­qa, sün`i uydurmalara yol vermədən Sədərəkdə yazdığım bu qeydləri «Sədə­rək­də yazılan gündəlik» adlandırmışam.  Lap gənclik vaxtlarımdan yaz­mağa başladığım bu gündəlik əvvəllər mənə elə-belə, adi gənclik hə­vəsinin nəticəsi tə`siri bağışlasa da, sonralar gördüm ki, qeyd et­di­yim bu tarixlər, bu hadisələr nə vaxtsa, kiməsə maraqlı görünə bi­lər. Ona görə ki, bu qeydlər kimdənsə eşitdiyim hadisələrin yox, özüm yaşadığım, iştirakçısı və şahidi olduğum hadisələrin dəqiq əks-sədasıdır.

            2005-ci ilin 11 fevralından 2006-cı il oktyabrın 31-dək «Oğuz yurdu» qəzetinin 18 nömrəsində həmin gündəliklərin bir hissəsi fasilə­lə­r­lə çap olundu. Oxuculardan aldığım məktublar, qədirbilən insan­lar­la etdiyim söhbətlər və onların yazdığım gündəliklərə bu qədər də­yər vermələri məndə həmin gündəliyi kitab halında çap etdirmək is­tə­yi yaratdı və bu kitab beləcə ərsəyə gəldi. Düşünürəm ki, 40 ildən ar­tıq bir dövrü əhatə edən gündəliyimin bu kitaba daxil etdiyim 10 il­lik (1985-1995) dövründəki gərgin ictimai-siyasi hadisələri əks et­dirən epizodları oxucular tərəfindən maraqla qarşılanacaq və  za­man keçdikcə gələcək tədqiqatçılar üçün, həmin dövrün tarixini öyrənənlər üçün, bu kitabdakı dəqiq tarixi faktların dəyəri və qədir-qiyməti daha da artacaqdır.

 

MÜƏLLİF

Redaktordan: Vaqif Müəllimi lap uşaqlıqdan tanıyıram.Qardaşı Vidadi ilə Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbində 1961 – 1967 – ci illərdə bir sinifdə oxumuşuq və yaşamışıq. Ataları Cəfər əmi indi də gözümün qarşısındadır: EL AĞSAQQALI İDİ!! İŞIĞINA QOVUŞSUN!!!!
…Vaqifgilin evləri düz yolun qırağında lap güllə mərmi tutan yerdə idi və o ağır günlərdə heç vaxt da onu tərk etmədi!!!!
FB – da olan yazılardan: Allah şəhidlərimizə Vaqif müəllimə də rəhmət eləsin. Vaqif müəllim fəaliyyəti, əməli ilə şəhidlik zirvəsi qədər fəaliyyət göstərmiş o dövrün hadisələrini qələmə almış tarix yaratmış evini ocagını əskərlərimizə səngər etmişdir. Bunları unutmaq olmaz. (Məmməd Abbasov o dövrdə Naxçıvan MR Nazirlər Kabineti Sədrinin 1 – ci müavini.)

 

 Kitabı PDF formatda yüklə:

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =