PAKLIQ

Print Friendly, PDF & Email

 

Ya Böyüklər Böyüyü, Ya Böyük Yaradan!

 

Əqlim Pak,

Ruhim Pak,

Vücudum Pak.

Hər addımım, hər baxışım Pak,

Əbədiyyətdə Əbədiyyətim Pak,

Səninlə, İşığınla, Pak İşığınla Pak.

Cəm Yaranışlarla, Pak

Yaranışlarla, Paklığımla Pak,

Müqəddəs Paklığınla Pak.

 

 [“Pak” bir İşıqdır, Müqəddəsliyə

bir İşıqdır.

  Müqəddəsliyə, Müqəddəslikdən

 bir İşıqdır.

 O, bir İşıqdır, İlkdəndir, İşıqdır.

 O, bir İşıqdır, Yaradandandır,

 İlkdəndir, Yaranışlardan Yaranışa

Pak İşıqdır].

 

  O, Böyükdür, Təkdir,

Yaranışı Yaradandır, Təkdir.

      Müqəddəslikdən Müqəddəs

Yaranışına Yaradandır, Təkdir.

 

O, bir İşıqda İşıqdır,

O, Nurdur, İşıqdır,

    Əbədiyə Əbədi Yaradandır,

İşıqla İşıqdır.

 

Onun Məkanı İlkdir,

 Müqəddəslik Yaranışına İlkdir.

 

Özüdür, Xəsis Deyil,

Sevinclidir, Sevincdən Uzaq Deyil,

Mehribandır, Mehribanlıqdan Uzaq Deyil.

O, bir İşıqdır, İşıqladır,

İşıqlar Ondan Uzaq Deyil,

Yaratdığı Özündən Uzaq Deyil.

 

Yaradandır, Yaranışları Yaradandır,

       Özü Əbədiykən

Əbədi Yaranışları Yaradandır.

 

Məkanlıdır, Məkanlıdır,

Öz Məkanında Məkanlıdır.

          İlkdən İlkdir,

Öz Məkanında Məkanlıdır.

 

Gözəlliklərin İlkidir,

İlki ilə İlkidir,

  Bu gözəlliklər Öz Gözəlliyi

ilədir, İlkidir.

Bu gözəlliklər İlkidir,

Özü ilədir, İlkidir,

Bu gözəlliklər İlki ilədir, İlkidir,

Onun Özündədir, İlkidir.

Gözəlliklər İlki ilədir, İlkidir,

   Bu gözəlliklər

Onun Özü ilədir, İlkidir.

Yaradandandır, İlkdir,

Yaranışlara İlkdir, Özüdür, İlkdir.

 

 

Vahid Rzayev “Ümidimiz Sənədir” kitabından, səhifə 5 – 7; Bakı, “Nərgiz” nəşriyyatı, 2000 – ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 5 =