Kolumb əvvəlcədən Amerikanın varlığından hali idi

Print Friendly, PDF & Email

Rəsmi xronikalarda bildirilir ki, Kolumb Yeni Dünya sahillərinə dörd dəfə səyahət edib – 1492-1493, 1493-1496, 1498-1500, 1502-1504-cü illərdə – və həmişə də elə bilib ki, üzləşdiyi torpaq Asiya qitəsidir. Belə bir ifadələrə demək olar ki, bütün qaynaqlarda rast gəlmək olar.

Mən isə bunun əksini fikirləşirəm. İndi çalışacağam ki, bunu mərhələ-mərhələ sübuta yetirim.

Kolumb elə birinci səyahət zamanı bilirdi ki, qarşısındakı torpaq namə`lum bir ərazidir və ora hansı marşrutla, hansı cərəyanla, neçə günə üzəcəyini əvvəlcədən planlaşdırmışdı.

Bununla yanaşı artıq tarixşünaslıqda (görünür, XVI əsrdən) başqa bir “skeptik” (şübhəli) konsepsiya mövcuddur. Onun əsasını belə bir fikir təşkil edir – Kolumb 3 avqust 1492-cü ildə yola düşəndə, artıq Asiyaya aid olmayan, Atlantikanın o biri tayında torpaqlar barəsində dəqiq mə`lumatlar əldə etmişdi. XX əsrin xarici kolumbistikasında amerikalı A. Vinyo, argentinalı Romulo Karbia, fransız M. Andre, son zamanlar isə ispan R. Balyester Eskalas bu, konsepsiyanın tərəfdarı kimi çıxış edirdilər.1

Həmin kəşfi analiz etmək üçün bə`zi məqamlara toxunmaq istəyirəm. Kolumbun başçılıq etdiyi ekspedisiyanın hansı məqsəd güddüyü barəsində bir çox ədəbiyyatlar var. Maraqlısı odur ki, bə`ziləri iddia edirlər ki, Kolumb 1492-ci ildə Asiya qit`əsinə çatmaq məqsədini ümumiyyətlə, qarşısına qoymamışdır.

Bu fərziyyənin nə dərəcədə düzgün olduğunu müəyyən etmək üçün ilk növbədə Kolumb ilə iki kral arasında bağlanan müqaviləyə nəzər salmaq lazımdır. O, nəzərdə tutduqları titulları və imtiyazları yalnız dünya əhəmiyyətli kəşfi həyata keçirəndən sonra İspaniyanın monarxlarından ala bilər. Yə`ni, həmin müqavilədə nəinki Asiya və yaxud onun hər hansı bir hissəsi, hətta orada heç bir coğrafi ad da göstərilməyib. Lakin bunun əsas səbəbini başqa bir şey ilə izah edirlər.

Xristofor Kolumb (1451-1506)

Dünyanın Kastiliya ilə Portuqaliya arasında bölüşdürülməsil bağlı 1479-cu ildə Alkasovasda müqavilə bağlanır. Kastiliyanın ərazilərinə olan iddiadan əl çəkən kral V Alfons Portuqaliya üçün həddindən artıq əlverişli imtiyazlar əldə edir: Kanar adaları Kastiliyanın tabeliyində qalır, Azör və Madeyra adaları isə Portuqaliyanın ayrılmaz ərazisi kimi sənədləşdirilir. Gələcək rəqibini təhlükəsizləşdirməyə səy göstərən portuqallar mütləq hakim sayılan Roma papasına müraciət edirlər. Alkasovasdakı müqaviləni təsdiqləmək üçün Roma papası IV Sikst 21 iyun 1481-ci ildə hər iki tərəfi danışıqlar masası arxasına dəvət edib, “Aeterna Regis”bullası ilə onları tanış edir. Müqəddəs atanın İzabella Kastiliyalıya hörməti olsa da, o, Kanar adalarından cənubda yerləşən bütün əraziləri Portuqaliyanın ixtiyarına verir. Qərbdə yerləşən torpaqlarla heç bir məsələ qaldırılmamışdı. Ona görə ki, həmin ərazidə torpaqlar mə`lum olmadığından, həmin məsələyə toxunmaq yersiz idi.

Belə olan halda İspan monarxları Kolumb ilə bağlanan müqavilədə heç vaxt Asiyanın hər hansı bir hissəsinin adını çəkə bilməzdilər. Ona görə ki, həmin qit`ənin demək olar, bütün ərazisi Portuqaliyanın ixtiyarına verilmişdir. Müqaviləyə görə isə söhbət yalnız Asiya qit`əsindən gedə bilərdi. İş ondadır ki, qədimdəki və ilkin orta əsrlərdəki təsəvvürlərə görə Avropadan qərb tərəfdə Atlantik okeanının o tayında yalnız Asiya materiki yerləşə bilməzdi.1

Rəsmi xronikada göstərilirdi ki, birinci səyahətdən və “Hindistana” Qərb dəniz yolunun kəşfindən sonra, Kolumb özü ilə oradan yerli əhalinin nümayəndəsi sayılan hindular gətirmişdi. 

Həmin illərdə Barselonada yaşamış, kral sarayına yaxın olan italyan humanisti Pyetro Martire (Əzablı Pyotr), öz yerliləri ilə yazışmalar aparırdı. 1493-cü ilin noyabrın 1-də yazdığı məktubda belə bir ifadələr var: “Kolon (Kolumb) adlı birisi özünün bildirdiyi kimi, Hindistan sahilinə qədər, qərb antipodlarının  yanına gedib çıxıbdır. O, kosmoqrafların fikirləşdikləri kimi… Şərq okeanının o tayında Hindistana yaxın bir yerdə yerləşən çoxsaylı adalar kəşf edibdir. Mən bu haqda iddia aparmaq istəmirəm. Halbuki Yer Kürəsinin ölçüsü başqa qənaətə gətirir çıxarır”.

Deməli, Kolumb səyahətə yola düşməmişdən əvvəl və Toskanellinin Yer kürəsinin ölçüsü barəsində verdiyi hesabatlarının əksinə olaraq, Pyetro Martire tamam başqa fikirdə idi.

Mən, belə qənaətə gəlmişəm ki, Kolumb çətin ki, florentsiyalı kosmoqrafın dedikləri ilə razılaşsın. Məşhur dəniz səyyahı bu barədə, ilk növbədə Yer kürəsinin çevrə uzunluğunun ölçüsü ilə razılaşa bilmirdi. Deməli, Asiya qitəsi bilavasitə, P. Toskanellinin fikirləşdiyi kimi Atlantik okeanında, Kanar adalarından qərb istiqamətində 10000-12000 km. məsafədə yerləşirdi. Lakin Kolumb fərdi şəkildə hesablamalar aparmışdı ki, Atlantik okeanının qərb hissəsində yerləşən quru ərazi Avropadan təxminən 4000-4500 km. aralıdadır. Bu ondan xəbər verir ki, həmin torpaq Köhnə Dünyaya bəlli olmayan, tamamilə başqa bir torpaqdır.

“Zic Elxani” əsərinin müqəddiməsində Nəsirəddin Tusi yazır: “Coğrafi uzunluğun başlanğıcı cəzair Xaldatdan başlanmışdır və cəzair Xaldat isə Qərb dənizinin sahilindən 100 qərbdədir”. Coğrafi əsərlərdə Xaldat adasını, çox hallarda “Səadət adaları” kimi göstərirdilər. Bə`zi alimlər isə müəyyən ediblər ki, həmin adalar Kanar adalarıdır. Mənim araşdırmalarıma görə bu yanlış bir fikirdir.

  Şəhərlərin

      Adı

 Tusiyə             

   görə

Qrinviçə       

   görə

Dərəcələrin   

    fərqi

1. Kordoba 3826/ 0447/ 3339/
2. İsgəndəriyyə 6154/ 3003/ 3151/
3. Qahirə 6320/ 3003/ 3317/
4. Ədən 7600/ 4430/ 3130/
5. Mədinə 7500/ 3954/ 350 26/
6. Məkkə 7710/ 3950/ 3720/
7. Qüds 6630/ 3514/ 3116/
8. Dəməşq 7000/ 3618/ 3342/
9. Mosul 7710/ 4300/ 3400/
10. Hoy 7940/ 4458/ 3442/
11. Ürmiyə 7945/ 450 05/ 3440/
12. Naxçıvan 810 15/ 450 25/ 350 50/
13. Marağa 8200/ 460 10/ 350 50/
14. Təbriz 8200/ 4617/ 3543/
15. Tiflis 8300/ 4449/ 3811/
16. Bakı 840 30/ 490 52/ 3438/
17. Şamaxı 8430/ 4839/ 350 51/
18. Dərbənd 8500/ 4817/ 3643/
19. Bağdad 8000/ 4424/ 350 56/
20. Abadan 8430/ 5230/ 3200/
21. Şiraz 8800/ 5234/ 3200/
22. Qəzvin 8500/ 5000/ 3500/
23. Nişapur 9200/ 580 51/ 3309/
24. Səmərqənd 9916/ 660 59/ 3217/
25. Buxara 9630/ 640 25/ 3205/
26. Xocənd

(Leninabad)

100035/ 6938/ 3057/
27. Səna 7700/ 4430/ 3230/
28. Ürgənc 9430/ 600 45/ 3345/
  Orta fərq     340  30/

 

Cədvəlin bir hissəsini “Mühəmməd Nəsirəddin Tusi” adlıəsərində çap etdirən H. Məmmədbəyli altdakı abzasda qeyd edir: “Bu cədvəldən görünür ki, doğrudan da, Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridian indiki Qrinviç meridianından 34-350 qərbdədir. Bu meridian haradan keçir? Bunun üçün coğrafiya xəritəsinə müraciət edək. Qrinviç meridianından 34-350 uzaqda olan meridian Cənubi Amerikanın şərq sahilində olan San-Roka burnundan keçir. Bu nə deməkdir? Mə`lumdur ki, Amerikanın kəşfi 1492-ci ilin 12-si oktyabrdan başlanmışdır. Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərədə tərtib edilmişdir. Bu necə ola bilər? Ya Marağa rəsədxanasında tərtib edilmiş cədvəldə bir yanlışlıq var, ya da hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin torpaqlar haqqında onun mə`lumatı olmuşdur? Beləliklə, Marağa rəsədxanasının bu cədvəlinin tədqiqi çox maraqlı məsələyə toxunur.1

Şəhərlərin

      Adı

 Tusiyə     

   görə

Biruniyə 

    görə

Ptolemeyə

     görə

1. Ədən 7600/ 7000/ ————-
2. Məkkə 7710/ 6700/ 6700/
3. Mədinə 7520/ 6730/ 6520/
4. Səna 770 00/ 6720/ 6330/
5. Buxara 9630/ 8750/ 8720/
6. Ürgənc 9430/ 8401/  ———–
7. Səmərqənd 9900/ 8900/ 8930/
8. Xocənd 100035/ 9035/  ———–

Hər şeydən əvvəl bilmək lazımdır ki, Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridian ilk dəfə olaraq Marağanın özündən götürülmüşdür; yə`ni, bu başqa müəlliflərdən daha əvvəl burada qəbul edilmişdir. Bu məqsədlə Nəsirəddindən əvvəl tərtib olunmuş bir neçə cədvəli tədqiq etmək lazımdır. Doğrudan da, əgər bir neçə müəllifin cədvəlindən eyni şəhərlər üçün verilmiş coğrafi uzunluqlar müqayisə edilsə, aydın olar ki, Nəsirəddinin cədvəli ilə bunalrın arasında fərq var.

Bu və başqa cədvəllərin müqayisəsindən aydın olur ki, Nəsirəddin özündən əvvəlki müəlliflərə nisbətən başlanğıc meridianını 100qərbə çəkmişdir. Lakin qeyd etmək lazımdır ki, Nəsirəddin özü ondan əvvəlki müəlliflərdən bə`zilərinin bu başlanğıc meridianını qəbul etdiklərini göstərir”.

Elə bunu Kolumb da qətiyyətlə göstərmişdir. Lakin başqa alimlərin cədəvlinə nisbətən Tusinin cədəvli daha dəqiq və daha geniş idi. İş ondadır ki, azərbaycanlı alim nəinki zəmanəsinin, hətta XV əsr üçün də tanınmış və istedadlı alim sayılırdı. Artıq onun elmi irsi Avropaya yayılmış və Paolo Toskanelli kimi böyük alim tərəfindən hərtərəfli qəbul edilmişdi.

Lakin XV əsrin sonlarında astronomiya və coğrafiya ilə məşğul olan mütəxəssisləri yalnız bircə şey maraqlandırırdı; astronomiya və riyaziyyat elmlərinin inkişaf etdirilməsində əvəzsiz rol oynamış Biruni və Xocəndi kimi alimlər sıfırıncı meridianı Qrinviçdən 250 qərb istiqamətində göstərdikləri halda, nəyə görə Tusi başlanğıc meridianını Xaldat adasından, yəni, Atlantik okeanının şərq sahilindən 100 qərb istiqamətində göstərir? Axı, məşhur alim müvafiq ölçünü əbəs yerə həmin yerdə göstərməmişdi. Doğrudan da, onun Cənubi Amerikanın ucqar şərq hissəsinin harada yerləşməsindən xəbəri var idi? Əgər, Tusi həmin ölçünü verməklə, o biri alimlərdən fərqlənmək istəyirdisə, onda o, başlanğıc meridianını Qrinviçdən 440 qərb istiqamətində də götürə bilərdi. Bu ölçü rəsədxana işçiləri üçün daha məqsədəuyğun sayılırıdı. Ona görə ki, Marağanın özündən 900–lik meridian keçərdi. Deməli, Tusi nə etdiyini çox yaxşı bilirdi.

Nəsirəddin Tusi (1201-1274)

İran alimi Məhəmməd Tağı Müdərris Rəzəvi “Əhval və asar-e Xace Nəsirəddin Tusi” (“Xacə Nəsirəddin Tusinin həyat və yaradıcılığı”) əsərində sovet alimlərinin tədqiqatlarına əsaslanıb yazır ki, “Azərbaycanlı Nəsirəddin Tusi Qafqazda çox böyük bir rəsədxana yaratmışdı. Onun yaratdığı astronomik cədvəlləri araşdırarkən sovet alimləri müəyyən ediblər ki, Tusi Amerika qit`əsinin coğrafi koordinatlarını bilirmiş. Buradan belə nəticəyə gəlmək olar ki, Kolumb Amerikanı iki əsr sonra kəşf edib”.1

Səyahətə yollanan Kolumb kimin köməyindən istifadə edəcəyini çox yaxşı bilirdi. Onun bir qeydini göstərmək lap yerinə düşərdi. O, yazır: “Bu dünyanı təsvir edən Ptolemey və başqaları güman edirdilər ki, o kürəvidir və hesab edirdilər ki, bu yarımkürə də üzərində olduqları o biri yarımkürə kimi kürədir. Bu sonuncunun mərkəzini isə onlar Arin adasında yerləşdirdilər. Bu isə ekvatorun aşağı, Ərəbistan və İran körfəzləri arasında yerləşmiş, çevrəsini isə Portuqaliyadakı San-Visente burnunu keçərək qərbə doğru və şərqdə isə Kanqara və Seresdən keçirirdilər”.1

Kolumb qeyd edir ki, Arin adası Şərq yarımkürəsində 900-lik meridiandadır. Həmin ada Ərəbistan və İran körfəzləri arasında ekvatordan aşağı yerləşir. Bu isə yalnız Seyşel adaları ola bilər. Həmin adaların Qrinviçə nisbətən uzunluq koordinatı 530-dir. Bunu 900-yə tamamlayanda 340 olur. Kolumbun göstərdiyi ilə Tusinin cədvəlindən alınan nəticə, demək olar ki, eynidir. Bu ondan xəbər verir ki, məşhur dəniz səyyahı özünün birinci səyahətinə yola düşməmişdən xeyli əvvəl Marağada tərtib olunan astronomik cədvəl ilə tanış idi. Necə olsa da, həmin cədəvldə 256 şəhərin coğrafi koordinatları göstərilmişdir. İspaniyanın Kordova şəhərindən tutmuş, Çinin Pekin şəhərinə kimi düzgün koordinatlar barəsində coğrafiyaşünaslarda və xəritəşünaslarda səlis mə`lumat yaranırdı.

Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü T. N. Karı Niyazov Səmərqənd, Buxara, Herat, Oş və Xocənd şəhərlərinin uzunluq koordinatlarını tədqiq edərək nəticədə başlanğıc meridianın Qrinviçdən 320 qərbdə olduğunu müəyyən etmişdi. Deməli, “Zic Elxani” əsəri peşəkar səviyyədə dəqiq işlənilib başa çatdırılmışdır.

Tarixdən məlum olduğu kimi Kolumb səyahətə başalmaqdan ötrü, Kanar adalarından bilavasitə keçid dayanacağı kimi istifadə etmişdi. Axı, həmin keçid zamanı o, Kanar adalarından başqa Yaşıl Burun, Azör və Madeyra adalarından da istifadə edə bilərdi.

Erkən orta əsrlərdə bu adı çəkilən adalardan əlavə Atlantik okeanının qərb hissəsində Xaldat və ya Səadət adı altında namə`lum adaların yerləşməsi haqqında kifayət qədər məlumatlar vardı. Lakin heç kim həmin coğrafi məntəqəyə gedib çıxa bilmirdi.

Xaldat və ya Səadət adalarının harada yerləşməsi qədim və orta əsr alimlərini həddindən artıq çox maraqlandırırdı. Bəzi alimlər, hətta həmin adaların Qrinviç meridianından 350 qərb istiqamətində yerləşdiyini bildirirdilər.

Bu məsələ ilə ciddi maraqlanan ingilis alimi Q. R. Kaye yazdığı “Hindistan astronomiyası” əsərində göstərir ki, Səadət adaları Qrinviçdən 350 qərbdədir.1

Maraqlıdır Q. R. Kaye nəyə görə belə fikirdədir? Həm qədim, həm də orta əsr alimlərinin əksəriyyəti üçün Səadət adaları Alantik okeanının qərb hissəsində təsəvvür edilirdi. Həmin adaların mövcud olması yalnız Köhnə dünyanın

sərhədinə yaxın bir yer idi. Deməli, Kaye heç bir elmi əsas olmadan həmin adaları Qrinviç meridianından 350 qərb istiqamətində göstərmişdir. Mə`lum olduğu kimi Atlantik okeanından 350 qərb istiqamətində, alimlərin diqqətini özlərinə cəlb edən, belə bir mühüm adalar yerləşmir.

Mənim fikrimcə Kolumb Tusinin “Zic Elxani” koordinatlar cədvəlini və tərtib etdiyi xəritəni ələ keçirəndən sonra Azərbaycan aliminin fikirləri ilə tam şəkildə razılaşaraq, əmin olmuşdu ki, Atlantik okeanının qərb hissəisndəki torpaq Avropadan təxminən 4500-5000 km. aralıda yerləşir. Həmin məsafəni də ki, 30-35 gün müddətinə qət etmək olar.

Paolo del Pottso Toskanelli humanist Nikkolo Nikkolini tərəfindən vətəndaşların ümumi istifadəsi üçün yaratdığı kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi və Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüşdü. Alim astronomik “Alfonso cədvəli”ni (XIII əsr) astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdi.

Toskanelli bir çox alimlərin gördükləri elmi işləri ilə tanış olsa da o, kobud səhv nəticəsində Yer kürəsinin ölçüsünü xeyli kiçiltmişdi.

Paolo Toskanelli (1397-1484)

Bu cür kobud səhvə görə heç bir mütəxəssis Toskanelliyə bəraət qazandıra bilməz. Ona görə ki, o, 1474-cü ildə öz xəritəsini tərtib edəndə elementar səhvlərə yol vermişdi. Bir çox əsaslar vardı ki, Toskanelli həmin səhvlərə yol verməsin.

Filologiya, xronologiya, riyaziyyat, astronomiya və coğrafiya ilə ciddi məşğul olmuş yunan alimi və yazıçısı Eratosfen Kirenalı (b. e. əvvəl təx. 276-194) İsgəndəriyyə kitabxanasına rəhbərlik etmiş və gələcəkdə IV Ptolemey Filopart kimi tanınacaq Misir vəliəhdinin tərbiyəsi ilə məşğul olmuşdu. O, üç kitabdan ibarət olan “Coğrafiya” adlı əsərində coğrafiyanın ilk sistematik elmi nəzəriyyəsini ortaya qoymuşdu. Alim öz əsərinə dünya xəritəsini daxil etmişdi, hansı ki, Strabonun dediyinə görə Hipparx Nikeyalı tərəfindən tənqid olunmuşdu. “Yerin ölçülməsi haqqında” traktatda(“Peri tes anametreseos ges”) Eratosfen, İsgəndəriyyə ilə Siena (indiki Asuan) şəhərləri arasındakı məşhur olan məsafənin əsasında və hər iki tərəfdədə Günəş şüalarının düşmə bucaqlarının fərqini müəyyənləşdirərək, ekvatorun uzunluğunu tapmışdı. Ekvatorun əsl uzunluğu 40120 km olduğu halda, alim tapdığı ölçünü minimal səhvlə, 252 min stadi, yəni 39690 km göstərmişdir. Bundan əlavə o, Yerin radiusunu da tapmışdı, əgər yunan stadisi (178 metr) ilə hesablama aparılıbsa, bu 7082 km edir, yox əgər misir stadisi ilə edilibsə, onda 6287 km-dir (müasir ölçü 6371 km-dir). Müasir alimlərin bir çoxları bildirirlər ki, Eratosfen Yerin çevrəsi uzunluğunu 43625 km, radiusunu isə 6943 km kimi

göstəribdir.

Söz yox ki, Kolumb bu mə`lumat ilə yaxından tanış idi. O, özü astronomiya elmi ilə maraqlandığı üçün əlbəttə, Eratosfenin, Posidoninin, əl Xorezminin, əl-Biruninin, Tusinin və Toskanellinin hesablamalarını nəzərə alaraq, ümumi məxrəcə gəlmiş və hər bir şeyi götür-qoy edəndən sonra uzaq səyahətə yola düşmüşdü.

Günəş saatının bir hissəsi kimi adətən mə`bədlərin gümbəzindən istifadə olunurdu. Ən bariz nümunə Toskanellinin Florentsiyada yerləşən Santa-Mariya-del-Fyore mə`bədinin gümbəzindən istifadə etmişdir. O, 1474-cü ildə mə`bəddə özünün məşhur qnomonunu (həmin üsul ilə günorta vaxtının yarım saniyə dəqiqliyi ilə müəyyən etmək mümkün idi) yerləşdirir. 90 m. hündürlükdə cənub pəncərəsinin ağzında o, ortasında deşik olan bürünc disk birləşdirir. Altardan sol tərəfdə Santa-Kroçe kapellasının döşəməsində bölümlərlə olan xətkeş düzəldir. Günəşin şüası ilin iki ayında – mayın sonundan iyulun sonuna kimi, diskin deşiyindən keçib döşəməsinə çatırdı. Həmin cihaz XIX əsrin sonuna qədər fəaliyyətdə olmuşdur. Mə`bəddə bərpa işləri ilə məşğul olan ustaların cihazdan başları çıxmadığından sıradan çıxmışdı.

Dəqiq olmayan hesablamalar nəticəsində Toskanelli Yerin ölçüsünü kiçiltmiş və belə nəticəyə gəlmişdi ki, okean vasitəsilə İspaniyadan Hindistana qədər 6000 mildir (həqiqi məsafədən üç dəfə az).

Fransız həkimi, astronomiya ilə dərindən maraqlanan Jan Fernel (1497-1558) Yer kürəsi çevrəsinin uzunluğunu 39816 km., Yerin radiusunu isə 6337 km. göstərmişdi.1Belə başa düşmək olar ki, Toskanelli bir astronom kimi böyük bir səhvə yol vermişdi. Çünki onun hesablamasına görə Yer kürəsinin uzunluğunun ölçüsü təxminən 29000 km-dir.

Məhz bu səbəbdən Kolumb florensiyalı alimin hesabatı ilə razılaşmayaraq, yunan alimi Eratosfenin verdiyi ölçünü və Tusinin Yer səthi ilə bağlı olan coğrafi koordinatları əsas götürür.

 

                                                                                                                      Yazıçı-tədqiqatçı Ramiz Dəniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.