Haqqımızda

            “Aqra” Elmin İnkişafına Dəstək İctimai  Birliyi (“AqRa” EİDİB)  Azərbaycanın hərtərəfli, çoxşaxəli tarixinin, etnoqrafiyasının, mədəniyyətinin,elminin dərindən və hərtərəfli öyrənilməsi, özümüzün bunları bilməsi və dünyaya çatdırılması məqsədi ilə yaradılmışdır.

            “Özümüzü tanıyaq, milli kimliyimzi dərk edək, dəyərlərimizi  unutmayaq” bizim əsas məqsədimiz və düşüncəmizdir.Bunun həyata kecirilməsi üçün Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq !”ideyasını  reallaşdırmaq məqsədi ilə “AqRa” EİDİB-nin prioritet saydığı “Elm  elmdədir.Tədqiqat, araşdırma elmdədir. Nəticələr elmdədir. Bəşəriyyət elm əhatəsində, elmdədir” devizini əsas tutmağı düşünürük.
           Bunun üçün həm qədimdə, həm yaxın keçmişdə, həm də bu gün Azərbaycanın dünya elminə və mədəniyyətinə, iqtisadiyyatına verdiyi töhvələr öz yerini tutmalı, bu işi görən şəxslər tanıdılmalıdır.
            Azərbaycan dilinin qorunması, dilçiliyin inkişaf etdirilməsi, yabancı sözlərdən təmizlənməsi, folklorumuzun dərindən öyrənilməsi, adət ənənələrimizin davam etdirilməsi, mətbəximizin tanıdılması və təbliği məqsədi ilə azyaşlılardan tutmuş ali məktəb tələbələrinədək, bütün yaş qruplarında olan insanlara çatdırılması yönündə işlər görülməsi planlaşdırılır.
            Azərbaycanın təbiəti, coğrafiyası, flora və faunası barədə, milli bayramlarımız, milli oyunlarımız, önəmli günlərimiz, folklorumuz, adət ənənələrimiz və bunların mahiyyəti barədə də elmi mülahizələr irəli sürülməsi düşünülür.
            Elm,  mədəniyyət, arxitektura, idman və.s sahələrdə Azərbayanın gənc fitri istedad sahiblərinin üzə çıxarılmasına yardımcı olmaq; elm sahəsində yeni kəşflər etmiş, bəşəriyyətə önəmli yeniliklər gətirmiş insanlara (dünyasını dəyişənlər də daxil olmaqla) dayaq olmaq;  onların əldə etdiyi  nailiyyətlərin təbliğinə çalışmaq və s. bu kimi məsələləri əhatə etməyə, işıqlandırmağa çalışacağıq.
            Yuxarıda sadalanan bütün sahələrdə xüsusi seçilən, fitri istedad sahibi olan, milli dəyərlərimizə, dövlətçiliyimizə əvəzsiz töhfələr verən, elm, mədəniyyət, səhiyyə, idman və s. sahələrdə önəmli insanların gördüyü işləri dəyərləndirmək istiqamətində çalışanlar və bu sahədə xüsusi xidməti olanlar barədə materiallar toplayıb yazılar dərc etmək, onlar üçün müxtəlif dərəcəli fəxri fərmanlar, diplomlar, istisna hallarda maddi mükafatlar təsis etmək, ən çox fərqlənən şəxslərə (dünyasını dəyişənlər də daxil olmaqla) “AqRa” EİDİB-nin  Fəxri Üzvü adını verməyi düşünürük.

 

Aqra Elmin İnkişafına Dəstək İctimai Birliyi (AqRa EİDİB)

2012 – ci ildə YaRAdılmasının, Adlandırılmasının İDEYA MÜƏLLİFİ VAHİD RZAYEV OLMUŞDUR!!..

İdarə Heyətinin Sədri: Mirələkbər Seyidov.
İdarə Heyətinin Üzvləri:
Asif Kəngərli – Sədr Müavini;
Turqutbəy Rza-Zadə – Sədr Müavini;
Sultan Əliyev;
Həsən İsmayılzadə.

“AqRA” EİDİB – in Fəxri Üzvləri:
Vahid Rzayev (1947 – 2018);
Fikrət Rzayev (1936 – 2013);
Əjdər Fərzəli (1937 – 2011);
Elman Əliyev (1959 – 2011)
Məhərrəm Zaman (1959 – 2013)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.