GƏNC YAZARIN MƏHSULDAR ƏMƏYİ

Print Friendly, PDF & Email

   Şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövr­dən etibarən meydana çıxmış, cəmiyyətin inkişafında mü­vafiq ola­raq zənginləşmə yolu keçmiş və Azərbaycan icti­mai-pe­da­qo­ji fikrinin mühüm probleminə çevrilmişdir. Orta əsrlərdə şəxsiyyətin for­­­malaşması ideyası insanın tərbiyə edilməsi kimi başa dü­­­şül­müş, yaxşı insan yetişdirilməsi məqsədini da­şı­mış­dır.

   Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Taleh Xəlilovun “Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri” adlı dərs vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

   Elmi redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev, rəyçiləri isə  pedaqogika üzrə elmlər doktoru, dosent Rəcəb Ağayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevda Kərimova və filologiya üzrə fəlsəfə doktoru Şərəbanı Məmmədova olan dərs vəsaiti çox zəngin struktura  malikdir. Qeyd edək ki, dərs vəsaiti  2 fəsil, 5 yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

 

   Dərs vəsaiti giriş, iki fəsil, nə­ticə və istifadə edilmiş ədəbiyyat siyahısın­dan ibarətdir. Gi­rişdə müəllifin problemə münasibətini elmi ya­naş­ma ki­mi qiymətləndirirəm.

   Vəsaitin birinci fəsli “Orta əsr mütəfəkkirlərinin ya­ra­dı­cı­lığında şəxsiyyətin inkişafında irsiyyət amilinin qo­yu­luşu məsələləri” adlanır. İki yarım fəsildən ibarət olan bu fəsildə ictimai, fəlsəfi və pedaqoji fikrimizin qaynaqları kimi M.Əvhədi, N.Gən­cəvi, N.Tusi və M.Fü­zuli həyatı haq­­qında qısa məlumat ve­rilmiş və əsərlərində irsiyyət ami­linin şəxsiyyətin formalaşma­sı­na təsirinə aid nümunə­lər əsasında geniş təhlillər aparılmış­dır.

   Xoşa gələn cəhət­dir ki, Taleh Xəlilov problemi dövrün tələbləri, diq­təsi, ideoloji stre­otiplərinin tərbiyədə əksi prizmasından öy­rən­məyə səy gös­tərmiş və buna demək olar ki, nail ola bil­miş­dir.

   “Orta əsr mütəfəkkirləri insanın mənəvi təkamülündə mü­­hi­tin və tərbiyənin rolu haqqında” başlıqlı ikinci fəsildə mü­hit və tərbiyə amilləri haqqında ümumi məlumat veril­mişdir. Bu ümu­mi elmi-nəzəri fikirlər müəllifin məsələyə düz­gün meto­do­loji əsaslarla yanaşdığını nümayiş etdirir.

   Gənc tədqiqatçı oxu­cunu inandıra bilir ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əv­hə­di, İ.Nəsimi, Ş.İ.Xətai və M.Fü­zuli kimi orta əsr Azərbaycan mü­təfəkkirlərinin əslərin­də insanın formalaşması prosesində tər­biyənin və mü­hitin rolu ilə bağlı fikirləri pedaqoji fik­ri­mi­zin çox əhə­miy­yətli səhifələridir.

   Müasir şəraitdə bu zəngin xə­zi­­nə araş­dırılaraq üzə çıxarılmalıdır. Bütövlükdə əsərdə klassik Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsinin məz­munu və vəzifələri haqqındakı fikirləri geniş və sistemli şəkildə təhlil olunmuş və müasir şəraitdə şəxsiyyətin for­malaşmasının tarixi nəzəri məsələlərinə aid yeni bir vəsait hazırlanmışdır ki, bu vəsait ali məktəbdə tədris prosesinə la­yiqli bir tövhə olacağına inanırıq.

   Qeyd edək ki, müəllif problemlə bağlı çox saylı tədqiqat ma­terialını hərtərəfli və sis­temli şəkildə öyrənmiş, bu ta­ri­xi-nəzəri mənbələr haq­qın­da əhəmiyyətli maraqlı fikirlər söy­ləyə bilmişdir. Bu cəhətə əsas­lanaraq göstərə bilərik ki, hə­qiqətəndə dərs vəsaiti məhz be­lə bir problemə həsr olun­du­ğu üçün aktuallıq kəsb edir.

   Vəsaitdə müəllif şəxsiyyət tərbiyəsinin nəzəri prob­lem­­lərini arşdıran görkəmli tədqiqatçı alimlərin əsərlərin­dən və elektron mənbələrindən də bacarıqla istifadə et­miş­dir. Ümumiy­­yətlə bəhs olunan problem dolğun və hər­tə­rəfli hazır­lan­mış­dır. Bəhs olunan məsələlərin təhlil-tər­kib edil­məsi və fikrin məntiqi ardıcıllığı tədqiqatın elmi də­yərini artırır.

   Taleh Xəlilov problemlə bağlı elmi ədəbiy­yat­lar­la, dövrü mətbuat kol­lek­si­ya­ları ilə tanışlığıda xüsusi qeyd olunmalıdır. Təd­qi­qat­çı kimi mü­əllifin problemə ba­xışı, bəhs olunan məsələlərə ya­naş­­ması tam sistemli və ye­nidir.

                                                   

VAHİD RZAYEV

                  Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 

Kitabı yüklə

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 5 =