Sarıköynək

… viran olan bağdan çoxdan idi ki, quş səsi gəlmirdi. Sanki yuvası dağılan quşlar bağdan küsmüşdü. Əvvəllər səhərin gözü açılmamış, gün şəfəqlərini saçmağa macal tapmamış, quşların cəh-cəhi bağı bürüyərdi. Güllər nazlanar, yırğalanıb ətrini ətrafa yayardı. Səhərin mehi bu gözəl ətri bütün bağa çatdırardı. Güllərin ətrindən bihuş olan quşlar daha şövqlə oxuyar, bir-birinə səs verərdilər. Bəs bu axşam vaxtı bu quş […]

Etiraf

Bu günlərdə yenə şəhid ailəsi ilə görüşürdüm. Bu ailədən ön cəbhədə iki nəfər vuruşub, biri əlində silah tutub, o biri isə sanitar çantası.  Mən bütün bu söhbətləri dinlədikcə, o dəhşətli, müdhiş  mənzərələr gözlərim önündə canlanırdı. Düşünürdüm, İlahi, gör döyüşə gedən ana-bacılarımız nə dəhşətlər ilə üzləşiblər. Tibb bacıları   nə qədər  axan insan qanı, parələnən insan cəsədi görüblər.  Necə polad iradə sahibi olmaq […]

Alma almaya bənzər…

Azərbaycanın zəngin təbiətinə  istinadən deyirlər ki, dünyanın on bir iqlimindən doqquzu bizim məmləkətimizdədir. Bu Allahın Azərbaycana və  xalqına olan lütfü, mərhəmətidir. Torpağımızda bitən nemətlərin sayı hesabı yoxdur, meyvə, tərəvəz, gül-çiçək, min bir dərdin dərmanı otlar, daha nələr, nələr? Allahın verdiyi, torpağın yetişdirdiyi nemətlərə görə şükür əlaməti olaraq tarix boyu nənə-babalarımız nağıllarda, bayatılarda, o  nemətlərin müqəddəsliyini, saflığını, halallığını nəzmə çəkib. Bəstəkarlar […]

Çərşənbə arzuları…

Su olmaq istəyirəm… Saf, təmiz, şəffaf su. Dağlardan şəlalələr kimi hayqırıb axım. Bir ovuc mirvari kimi ətrafa səpələnim. Torpağın üstü ilə yol tapıb üzü çaylara doğru gedim. Çayın suyuna qarışıb, dərin-dərin dənizlərə, ümmanlara süzülüm. Su olmaq istəyirəm… Otlara, güllərə, çiçəklərə, ağaclara, bütün canlılara həyat vermək istəyirəm. Yayın qızmar istisində günəşin məhəbbətinə qərq olub buraxlanım. Səmaya qalxıb bulud olum və dünyaya […]

Gülarə Munisin deyimləri

Munisin deyimləri  “Munisin deyimləri” müəllifin on səkkizinci kitabıdır. Kitaba G. Munisin müxtəlif vaxtlarda dediyi ana sözləri, nənə öyüdü, ibrətli və hikmətli kəlamları, gənclərə tövsiyyə və nəsihətləri cəm olunub. Kitabı yazmaqda məqsəd budur ki, tarixdə “Atalar sözləri” var, qoy “Ana sözü” də olsun. Şərqdə, bəlkə elə Qərbdə də, indiyə kimi “Analar sözü” adlı kitab və ya toplu olmayıb, bu hər deyimin […]

Qaytar dənizi…

 Səni heç vaxt belə pərişan görməmişdim…     -Nədən belə məyussan, dəniz?     Sanki ləpələr sənin göz yaşlarını sahilə aparır. Suların rəngi də qaralıb, elə bil üşüyürsən.     Üfüqündə belə bir zərrə rahatlıq yoxdur. Elə hey ətrafa boylanıb o tərəf-bu tərəfə baxırsan.     Kimi axtarırsan, dəniz? Kimdən nigaransan? Dəniz: -“Çətindir, çox çətindir mənə… Hamı məni lənətləyir, hamı günahı məndə görür. Sahildə dayanıb […]

Bir tay uşaq ayaqqabısı

Novella Güclü yağış kəsmək bilmirdi… Avtobusun şüşəsindən küçəyə baxırdım. Havanın əlverişsiz olduğundan avtobus yavaş sürətlə hərəkət edirdi. Dayanacağa çatırdıq, birdən asfaltın üstündə gözümə nə isə sataşdı. Diqqətlə baxdım, 4-5 yaşlı qız uşağının ayaqqabısının bir tayı idi. Bir az aralıda yola xeyli şüşə qırıqları səpilmişdi. Güclü yağışın yaratdığı gölməçənin içində bir tay ayaqqabı yavaş-yavaş yırğalanırdı. Yaraşıqlı ayaqqabı tayı sanki sola-sağa boylanmaqla […]

Deyə bilmədiyimiz sözlər…

Nitqimizdə bəzi sözlər var ki, onu deməyə çox çətinlik çəkirik. Bəzi sözlər də var ki, onu çox asanlıqla və soyuqqanlı şəkildə deyirik… Niyə görəsən, “Sevirəm” sözünü demək bu qədər çətindir? Nəyə görə başqa vaxt dil-dil ötən insan bu bir kəlmə sözü deməyə cəsarət etmir? Sözü ağzında o qədər fırladır ki, sonra onu udmalı olur.  Bir həqiqət  də var, saf məhəbbətlə […]

Xəzan

Səhərdir… Hələ günəşin şəfəqləri görünmür… Sərin, xəfif bir səhər mehi əsir… Yarpaqların pıçıltısı aydın eşidilir. Adətən belə meh əsəndə kiməsə namə gətirir.  Mən də əlimi ümidlə təbiətə açıb, gözlərimi yumdum və gözlədim.    Birdən ovcuma nə isə düşdü, ürəyim titrədi, qəlbim əsdi… Gözlərimi açanda ovcumda zərif, sarı bir yarpaq gördüm. Xəzan yarpağı… Deyəsən təbiət mənə ömrümün xəzan çağı olduğunu xatırlatmaq […]

Şəhid mahnı

Müharibənin hələ elan edilməmiş vaxtlarından qardaşım Münasif Şəfəq kəndində vuruşurdu. Tankçı idi. Niyyətini gizlətməyən erməni işğalçıları ilə üzbəüz dayananların arasındaydı. Döyüş əməliyyatlarının birində ayaqlarından yaralanıb tibbi vertolyotla Bakıya – Respublika Mərkəzi Hərbi Hospitalına gətirilmişdi. Yeddi aydan çox (ümumilikdə isə il yarım)müddətdə fasiləsiz olaraq hər gün həmin hospitalda yaralılarımızın yanında olmuş, özümü, belə demək mümkünsə,  arxa cəbhənin əsgəri hesab etmişəm. Yaralılarımızla, […]

1 2 3 5