Ən’ənə ilə müasirliyin bütövlüyü
Təsviri sənətimizin müstəqillik dövrünü əhatə edən inkişaf mərhələsi hələ ki, daha çox bədii axtarışların təzadlı olması ilə diqqət çəkməkdədir. Belə ki, “Bədii şura”ların yoxluğu ilə rəssamların yaradıcılığına duyulası sərbəstlik verilən indiki durumda müxtəlif yaşlı müəlliflərin milli dəyərlərə tapınmalarından daha çox, Qərbdən ixrac olunan “izm”lərə nəzirələr çəkmək tendensiyasının artdığını görməkdəyik. Hər bir yaradıcının ideoloji bağlılıqdan uzaq olmasının qarşılığında, baş verənləri təbii […]
