Bürclər ilk təqvimlərdir

Print Friendly, PDF & Email

Bürclər ilk təqvimlərdir

Tarixi mərhələlərdə Həzrəti Huh dövrü tufanı baş vermişdir. Tarixi tufan və o tufandan xilas olmuş insanlar, böyük inam və inanc başlanğıcına bir daha addımlar atmağa davam etdilər.

Həzrəti Nuh dövrü tufanı və o tufandan xilası o dövr insanlar yaddaşlarında saxlamaqla bərabər, o dövrü daşlarda, qayalarda, kitabələrdə işarələrlə tarixləşdirdilər. Onunla yanaşı, o xilas dövrünü Xilaskarla yaddaşlarda saxlayaraq Günəş mə’bədləri inşa edərək, axar sulara, torpağa, qayalara, dağlara bir xilaskar kimi baxaraq onları, müqəddəslik kimi dəyərləndirirdilər.

Sonrakı tarixi mərhələlərdə insanlar bəşər övladının bu dünyaya gəliş başlanğıcını su ilə, bu yer aləmindən qayıdışını da su sonluğu ilə yaddaşlaşdırdılar.

Xilas olmuş o insanlar göy qübbəsini, səmanı, Günəşi bir xilaskar, rəhimli, mehriban kimi bilərək göylərə ümidlə baxaraq, inamla baxaraq belə bir qənaətə gələ bildilər ki, Xilas edən, Xilas edici, Xilaskar, Xilas olunmuşlar. Yə’ni, Xilas edən Tenqri, Xilas edici Həzrəti Nuh Nuru, Xilaskar İşıq, ətrafda daşlar, qayalar, Xilas olunmuşlar isə: – insanlar. Bu böyük inancın bir daha başlanğıcı və davamı idi.

Böyük inanca qayıtmaq, onu qorumaq o dövr üçün zəruri idi. Çünki, tufandan əvvəl insanların yer üzündə biri-birinə pis saxtakarlığı, münasibəti, ziyankar, məhvedici davranışının sonu və aqibəti idi. O dövr tufan ərəfəsi və tufandan sonrakı ərəfə insanlara Göy qübbəsi, Göy qübbəsində hərəkətdə olan simmetrik ulduzlar quruluşu müəyyən dövrü əhatə edərək yer həyatını əkin-biçin, suvarma, məhsul yığma, torpağın dincə keçdiyi ərəfələri, səma cisimləri yəni ulduzlar toplumunun simmetrik quruluşuna baxaraq onlara, ərəfəyə uyğun davranırdılar. Bu daha doğrusu “təqvimi” əvəz edirdi.

Göy qübbəsində olan ulduzlar quruluşu heç vaxt ardıcıllığı pozulmadan hərəkət etdiyindən o, simmetrik ulduzlar toplusuna “bürc” – zirvə, ardıcıllığı pozulmayan, bir ardıcıl hərəkət və hərəkət verici kimi qəbul edirdilər.

Xilas olmuş insanlar su çəkildikdən sonrakı mərhələlərdə yaşayış məskənləri inşa etməyə başladılar. Onunla yanaşı sonrakı mərhələlərdə məbədlər, İşıq məbədi, təşəkkür məbədi inşa etməyə başladılar. Inşaata və arxitekturaya dörd element yə’ni dörd künc elementi saxlanıldı. O, üç künc Günəşı müşahidə etmək, dördüncü künc Şimal küncü çağırış küncü kimi bilinirdi. Bu günəşin çıxma və batma trayektoriyasındakı günəşin hərəkətini bildirir. Mə’bəd daxili Göy qübbəsi elementi (sonralar kümbəz) mərkəzində olan beşinci element (o kümbəz ki, pıçıldasan o, hər tərəfdə bərabər səs tezliyində eşidiləndir ki, “sən piçildasan da O, Kainat Sahibi səni eşidəndir”) anlamı daşımaqla inşa edirdilər.

Tarixdə Həzrəti Nuh dövrü tufanı mövcuddur. Tufan ərəfəsində qalın qara  buludlar arasında o dövr insanlar xilasa Günəş İşığını axtarırdılar. Günəş görünsə əgər qara buludlar çəkiləcəkdir (sonralar insanlar xalq arasında “başımızın üstünü qara buludlar alıb” ifadəsini işlədərdilər) çağırışı ilə səmada günəş işığını axtarırdılar.

Tufandan xilas olmuş o insanlara bir inam və inanc qaldı ki “biz suda, sudan su ilə xilas olduq” yaddaşı ilə ərəfəni yaddaş etdilər (çünki təqvim yox idi).

Bəs o tufan hansı ərəfədə baş verdi ki, o ərəfəni hansı əlamətlə yaddaş etdilər? O ərəfəni Göy qübbəsində görünən ulduzlar quruluşunu “Su tökülən, Su ərəfəsi” kimi yad edərək, o bürcü “Su tökən, Su tökülən” ərəfə kimi qeyd edib o ərəfədə, Göy qübbəsində, göy cisminə ad verdilər. Bəs bu hansı ərəfədə baş verdi? Tufan 11-18 fevral (fevral sonrakı mərhələlərdə aylara verilən addır) ərəfəsində yə’ni Su tökən bürcü Qafqaz ərazisini əhatə edən dövrü yaddaş etdilər. Yanvar-fevral ayı ərəfəsində “Su tökən” bürcü Qafqaz ərazisindən müşahidə edilir. Azərbaycanda 18-21 mart Qoç bürcündəki günləri bayramla şadyanalıqla yad edərək, bu ərəfəni yer aləmində həyatın başlanma dövrü kimi qeyd ediblər.  

Baxmayaraq ki, çox-çox sonrakı ərəfədə tarixi tufan 11-18 fevral ayı ərəfəsində baş verdiyindən, min illərlə, əsrlərlə Azərbaycan və Naxçıvan ərazisində məskunlaşan insanlar yaddaşlardan-yaddaşlara çatdıraraq o ərəfəni Böyük çillə, Kiçik çillə ərəfəsi ilə və Xıdır bayramı kimi yad ediblər və insanların bu ərəfədə sudan xilası kimi tarixləşdiriblər. Xıdır bir bayram kimi yad edilərək o günlər dənli bitkilər toxumlarını saclarda qovuraraq o keçmiş ərəfəni yə’ni su çəkilməyə, soyuqlar çəkilməyə başlayan ərəfədə torpaq istinər, dənli bitkilər göyərməyə başlayar ki, insanlar sevinclə, sadlıqla yad ediblər.

Müxtəlif dövrlərdə Azərbaycana, Naxçıvana hərbi yürüşlər edilərək və tarixi mərhələlərdə müxtəlif mif, əsatir, rəvayət, nağıllarla o həqiqi tarixi mərhələ və ərazini özgəninkiləşdirmək cəhdləri baş verib.

Baxmayaraq ki, Azərbaycanda, Naxçıvanda Həzrəti Nuhun məzarı və məqbərəsi çox-çox qədim tarixlərdə, səmavi kitablarda Peyğəmbərlər tərəfindən bəşəriyyətə bilgilər veriblər.

Müxtəlif uydurma tarix, adlıq və ərazi falsifikasiyaları hələ də rast gəlməkdədir. Amma tarixi mərhələlərdə, qədim dünya tarixində, şəxsiyyətləri, xilaskarları, səmavi kitabların yer üzünə gəlmə mərhələsi və ərazisi təkzib edilməz tarixi bir faktlardır. Ona görə ki, o mərhələlərin, o xilaskarların, o səmavi kitabların yer üzünə bəşəriyyətə çatdırılmasına və bərqərar olmasına daha Ali olan Sahib mövcuddur və əbədi də mövcud olacaqdır. O Həmişədir, insanlar isə qayıdandır.

Nə qədər bəşər gəldi yer üzünə, nə qədər bəşər qayıtdı yer üzündən, Səmalardan yer üzünə göndərilən bilgilər, ərazilər dəyişdimi? Sahibi mütləq Baxışı, Sahib mütləq bərqərarı dəyişərmi? Insan yer dəyişəndir, ərazi yer dəyişməzdir.

Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.