Page 884 - Vahid Rzayev
P. 884

882




                  “Dünya malı”, dünyanındır dedilər, etdiklərimiz isə, bu dünya ilə qalmır...
                  Dünya malı, “bu dünyada qalır” - dedilər.

                  O, düzdür, bu düzgündür.
                  Amma  ki,  bizim  özümüz,  yadımız  -  yaddaşımız,  edib  -  etdiklərimiz,  düşünüb  -
                  düşündüklərimiz,  bütün  fikirlərimiz,  ətrafımıza  olan,  bütün  münasibətlərimiz,  bu
                  Dünyada qalmır, bu Dünyada qala bilmir.

                  O, bizimdir, onlar bizimlə, Əbədiyyətə qalxır, o, Əbədiyyətə bizimlə, qayıdır.

                  Əbədiyyətdə isə, onlar, bəddə - bədimiz kimi, yaxşıda - yaxşımız kimi, bizim olur,
                  onlar bizimlə olur.
                  Onların heç biri, bu aləmdə, bu material aləmdə ilişmir qalmır.

                  Onlar, o düşüncələrimiz, o bəd, o lazımsız olan etdiklərimiz, bu Dünyada, heç kimə,
                  miras kimi, saxlanılmır,  miras  kimi  verilmir,  onlar,  bir  vəsiyətnamələdəki  miraslar
                  kimi, kimlərinsə arasında, bölünüb - bölünmür.
                  Onlar, özümüzlə - özümüzünkülər, olur.

                  Heç  arxayın  olmayaq  ki,  elə  onlar  da,  bu  Dünyada,  bu  Dünyanın  malı  kimi,  bu
                  Dünyada, kiməsə saxlanılır, kiməsə pay kimi qalır.
                  24.01.2018


                  ***


                  Dedi ki, “mənə, istinad nöqtəsi verin”...
                  Arximed, dedi ki, “mənə, istinad nöqtəsi verin, mən Yer kürəsini, qaldırım”.

                  Arximed,  bütün  planetlərin,  durmadan  -  dayanmadan,  tükənməyən  hərəkətdə
                  olduğunu, deyir, bildirir.
                  Çünki,  Kainatda  hərəkətdə  olan,  hər  hansı  bir  planeti,  bir  kütlə  kimi,  qaldırmaq
                  mexanizmi, mümkünsüzdür.

                  Hər hansı bir Planeti, “qaldırmaq” üçün, onun, o planetin hərəkət sür'əti dayanmalı,
                  onun sükunət halı mövcud olmalıdır ki, ondan sonra, onu, o planeti qaldırmaq haqda
                  da, düşünülsün, fikirləşilsin.
                  Əgər o, planetin və ya, hər hansı bur planetin hərəkətini, hərəkət sür'ətini, “dayandıra”
                  bilsək, onda onu qaldırmağa, istinad nöqtəsi də, axtaraq.

                  Fəzada isə, Yer kürəsinin, bir istinad nöqtəsi mövcud olmadığından, onu qaldırmağa,
                  İstinad nöqtəsini tapmaq, mümkünsüzdür.

                  Kütləni,  kütlələri,  bir  nöqtədən  qaldırmaq  üçün  isə,  o,  kütlənin,  öz  İstinadı,  olsun
                  gərək.
   879   880   881   882   883   884   885   886   887   888   889