Page 888 - Vahid Rzayev
P. 888
886
Ünsiyyət - münasibətdən, diqqətdən keçir,
Hava qatı - sudan keçir,
Yer kürəsində olan su - Nüvədən keçir,
Həyat, Yaranış - İşıqdan, Zərrədən keçir,
Yaddaşsızlıq - unutqanlıqdan keçir,
Karıxdırmaq - paxıllıqdan keçir,
Yalan demək - özünü gizlətməkdən, keçir,
Özündən, çox razı olmaq - dayaz bilgidən keçir,
Şöhrətbazlıq - özünü çox ucalarda bilməkdən keçir,
“Mən, mən” deyən - elə bilir ki, bütün hallar, ancaq ondan, keçir,
Acizliklik - qorxudan keçir,
Həyat - ölümdən keçir,
Ölüm - məzardan keçir.
və sairlər, bir də, ilaxırlar...
27.01.2018
***
Bir yalan, bir də, həqiqət...
Yalan arasında bir yalan da var, o da olan, həqiqətdir ki, o həqiqət arasında, yenə də,
həqiqətdir.
Həqiqət olan yerdə, yalan olmaz.
Yalan yerində, yenə də, həqiqət durar.
Həqiqət arasında yalan olmaz, həqiqət arasında, həqiqət olar.
O qədər, nağıla, uydurmalara uymuşuq ki, həqiqətləri unutmuşuq!
27.01.2018
***
Onda bəşəriyyət, bu “cənnətdən” - o, “cənnətə”, köçmədə olardı...
Nə olaydı, bu Yer planeti, necə olaydı?
- Bu, Yer planeti elə bir yer olaydı ki, mehribançılıq başda, rəhm qəlbdə,
xeyirxahlıqlar addımlarda, sülh gözlərdə, sədaqət, bir - birinə uzanmış, əllərdə, olaydı.
Onda, nələr olardı?