Page 889 - Vahid Rzayev
P. 889

887




                  -  Dillər  bal  olardı,  nəfəslər  rahat  olardı,  istirahətlər  isti  olardı,  baxışlar  məqsədsiz,
                  düşüncələr  mə'nalı  olardı,  sözlər  həqiqət  olardı,  onda  qaranlıqlar  az,  işıqlar  çox,
                  ruzilər, rəvan olardı.
                  Dərmanlar əvəzinə, ancaq içməli, sular olardı.

                  Daşlıqlar, səhralıqlar əvəzinə, yaşıllıqlar olardı.
                  Onda, bu bəşəriyyət, bütün bəşəriyyət, bu “cənnətdən”, o, “cənnətə”, köçmədə olardı.

                  Əzablar, sıxıntılar, kədərlər, insan varlığından, yox olardı.

                  Xöşbəxt yaranış, xöşbəxt bəşər, onda olardı.
                  Şərtində, bu idi, “cənnət”, belə idi, “cənnət”.

                  Onda insan, bəşəriyyət, “ölüm” - adından, heç qorxmazdı, heç vahilənməzdi də ...
                  28.01.2018

                  ***


                  Səs içərisində səsdəyik, səs olmasa, eşitmərik...

                  Səs əhatəsində, səsdəyik, səs salırıq, səsdəyik.
                  Səsi eşidirik, səsdəyik, səs olmasa, eşitmərik.

                  Nə səssizdir ki?...
                  Səs salsalar, yenə də, səsdədir.

                  Külək əsər öz səsində,

                  tufan öz səsində,
                  gilavar öz səsində,

                  meh əsər, öz səsində, dəmir, zindanda döyülər, öz səsində.
                  Ağac kəsilər, öz səsində.

                  Yonular, öz səsində,
                  sınar, öz səsində,

                  yanar, öz səsində.

                  Daş, öz səsində, qaya, öz səsində, dağ, öz səsində, dağ Zirvəsi, öz səsində.
                  Addım, öz səsində, yeriş, öz səsində.

                  Səsləri bildirər, öz səsində.
                  Maşın - mexanizm, öz səsində.

                  Təyyarə, öz səsində, araba öz səsində, dəyirman daşı, öz səsində.
                  Nə səssizdir ki?...
   884   885   886   887   888   889   890   891   892   893   894