Page 883 - Vahid Rzayev
P. 883

881




                  Canlının var olması üçün, mə'də, o canlıya, Ürək qədərində, vacibdir.
                  Bütün  qida  növləri,  bütün  qida  çeşidləri,  o  qidalar,  mə'dədən  keçər,  vücutun  bütün
                  hüceyrələrini, işlək edər.

                  Vücutdakı bütün üzvlərin işlək olması, bir ürəklə, bir də, mə'də ilə, bağlı olar.
                  Qida - bütün hüceyrələri, bütün vəzləri, güclü edər, qüvvətli, hərəkətli edər.

                  Ürək isə - qan birliyində, bütün vücutun, öz - özlüyünü, olan bədəni o cana, o canı isə,
                  o bədənə, bağlı edər.

                  Bu canlıda, ürəklə, bir də, qan arasında, Ruhi İşıq, ruhi işıq payımız, dayanar.
                  Çünki, o İşıq payı, arada var ki, o canlarla birlikdə, bir bədən var, bir də ki, o, can var.

                  O, Ruhi İşıq, o, İşıq payı, bədəni tərk etdisə, daha bu aləmdən qopduq, o biri aləmdə,
                  bir, Əbədiyyət aləmində, varıq.
                  Qida isə - canı, Yerə bağlar.

                  Yerlə bağlar, Yerdən bağlar.
                  O, dörd dada:

                  - acıya,

                  - şirinə,
                  - turş,

                  - şora, bağlar.
                  O qidalar bədənimizi, bir istiyə, bir də, soyuğa bağlar.

                  Canı - bədənə, bədəni isə o, cana bağlar.
                  Çox ağır vəziyyətdə, bir müddət su içmədən də, bir müddət qida ilə qidalanmadan da,
                  (ekstrimal vəziyyətlərdə), məcburiyyət hallarında, yaşamaq, mümküm olar.

                  Amma  ki,  vücutu,  bədəni  tərk  etmiş,  o,  Ruhi  işıq,  o  işıq  payı,  bir  anlığa,  bədəndə
                  olmasa, onda o bədən, bir də, o, can, Əbədiyyətlik olar.

                  Dörd varlıq, birlikdə olar:
                  - can,

                  - bədən,
                  - bir ruhi işıq,

                  - bir də o, ruhi İşıqdan, o işığın payı, onlar, canı - canla, candan - canı Yerlə, bu canla,
                  bu Yeri Kainatla, bizi Əbədiyyətdə edər.
                  24.01.2018


                  ***
   878   879   880   881   882   883   884   885   886   887   888