Page 878 - Vahid Rzayev
P. 878
876
İşıq yayılar, su, axar.
Söz də belədir, İşıq kimi yayılar, su kimi axar, hər yerə, çatar. (şayə də, belədir, bir
anda hər tərəfə yayılar).
Səs, söz, düşüncə, bir də cümlə qarşısında, maniyə, olmaz.
Onlar, Kainatın təməl yaddaşı olduğundan, canlılar, varlıqlar arasından, Kainatdan,
uzaq olmaz.
“Ölənə”, niyə dedik ki, “ölübdür?”.
Çünki, ona Kainatdan ayrılan, pay İşlğından, İşıq payı, dayandı.
O, canlı olanda, ona ayrılan, nəfəsi ilə səs birliyində, o, nəfəsi, o, səsi, dayandı.
Çağırdılar, o, söz demədi, o, cavab, vermədi.
Onda dedik ki, o, Kainata yüksəldi, İlkinə qovuşdu, ilk İşığına, qovuşdu.
21.01.2018
***
Bə'zi varlıqlar, gözlə görünmürlər, bu o demək deyilki ki, onlar yoxdurlar...
Kainata və bu, Yer aləminə baxdıqda, bə'zi məfhumlar, gözlə görünmürlər.
Səs, söz, düşüncə qədəri, ağrı, hava qatı, nəm qədəri, musiqi səsi, və s. gözlə
görünmürlər, bu o demək deyil ki, onlar yoxdurlar.
Onlar, vardırlar.
Onların hamısını isə, var edənin də, Özü - vardır.
Onları, sübut etməyə, ehtiyac varmı?
Qətiyyən, ehtiyac yoxdur və olmamalıdır və ola da, bilmir.
- hava qatını - görürükmü?
- səsi - görürükmü?
- düşüncələri - görürükmü?
- ağrıları - görürükmü?
- musiqi səsini” - görürükmü?
- elektrik məftillərində, naqillərdən, axan “cərəyan şiddətini” - görürükmü?
- İnsan “ölərkən”, ondan ayrılan, Ruhi İşıq payını - görürükmü?
- Yer kürəsinin, Günəş ətrafında hərəkət sür'ətini - görürükmü?
- Yerin, dərin qatlarından, Yer səthinə, Suyun, suların nə səbəbdən, Yer səthinə, necə
qalxdığını - görürükmü?

