Page 879 - Vahid Rzayev
P. 879
877
- Yer kürəsinin, dərin qatlarında, gedən bütün fiziki halların, proseslərin necə
getdiyini, faydalı qazıntıların, necə hasilə gəldiklərini - görürükmü?
- onların, mahiyyətlərini bilirik, amma onları - görürükmü?
- İstini, soyuğu, müxtəlif dadları - görürükmü?
- Bütün, bu halların, bütün Kainatların, bütün bu ardıcıllıqların, quruluşların,
düzülüşlərin, yaxınlaşmaların, uzaqlaşmaların, həyatların, ölümlərin Sahibi Mütləqi,
“O”- nu, görürükmü?
- havanı, hava qatını, görürükmü?
Görə “bilmiriksə”, bu o demək deyil ki, onlar yoxdur, “O” - “yoxdur”.
Düşündürücü hal, ondan ibarətdir ki, bə'zi bu varlıqlar, axı niyə gözlə, görünmürlər?
Bə'zi, varlıqlar var ki, heç əllərimizlə toxunmaqla da, onları hiss etmək,
mümkünsüzdür!
Nədir səbəb, niyə bunlar, belədirlər?
Çünki, bə'zi və bütün hallar, ona görə, örtülü, sirli, əsrarəngizdirlər ki, “onlar”, nə
qədər örtülü, sirli olacaqdırlarsa, bir o qədər də, onlar haqda, düşünüb, bilib,
mahiyyətlərini, dərk etmək, istəyəcəyik.
Bunların hamısı, bir mahiyyətdə, cəm olublar.
Bu, varlıqlar və bunlar, olmasa idi, bunlarsız həyatın, canlı aləmin, mövcud olması da,
mümkünsüz olardı.
Onların, mahiyyətləri, nədir?
Mahiyyətləri - baxaq, düşünək, axtaraq, bilək.
Bütün bəşəriyyət, bütün canlılar Yer üzünə, ətrafın, Kainatların mahiyyətlərini, dərk
etməyə - gəlirlər.
Yoxdur sənin, mənim, bizim, sizin, onların.
Bütün bu fiziki hallar, hamımızındır ki, bizlər onun əhatəsində və özündəyik.
Bütün bu hallar, bütün bu varlıqlar, ilkdən, elə bir “xətalar, xata”, etməyiblər ki,
“gizlənə”, bilsinlər də.
Hər, olan bir örtülü, hər olan bir sirr, böyük bir mahiyyətdir, mə'nadır, maraqdır,
nəticədir.
22.01.2018
***
Hər düşüncəmiz də, Sözə çevriləndir...