Page 880 - Vahid Rzayev
P. 880
878
Hər düşüncə, sözə çevirildiyindən, söz də, sözlər də, cümlələr, fikirlər də, bu
səbəbdən, düşündürəndir.
Düşünməsək olmur.
Düşünməsək, o, sözə çevrilib, söz olmur.
Söz, sözlər, fikirlər, Yer aləmində, yerdəkilər, arasındadır.
Düşüncələrlə, düşüncə isə, tezlik qədərinə çevrilib, onları Kainatların özündə,
eşitdirəndir.
Yoxsa Kainat, hər xitabımızı, hər çağırışımızı, hər İstəyimizi, necə “bilərdi”, necə,
“eşidərdi?”.
Hər düşüncə - sözdə, hər söz isə, düşüncənin, fikrin, tezliyinə - sığandır.
Yer aləmində, “söz, sözlər”, səsdir - musiqi, kimindir.
O, “musiqi”, kimi olan, “söz”, hər tərəfə yayılan, hər tərəfdə, eşidilən, hər tərəfdə,
dinləniləndir.
O, səbəbdən, “söz, sözlər”, gizlənmir.
“Söz” deyilibsə o, səsdir, deməli o, daha səslənibdir.
“Söz”, səsə çevrildisə, deyildisə, o, daha səsdir.
O söz, daha səssiz ola bilməz.
Söz isə, səslənən səs arasında, gizlənə bilməz, onu daha, gizlətmək olmaz.
23.01.2018
***
Gecələr, biz yatıb mürgüləyirik, yoxsa bir Yarımkürəmiz yatıb mürgüləyir?...
Bütün hallara baxıb, müşahidə etdikdə, qəribə - qəribə hallar arasında olduğumuzu
görürük amma, bir o qədər də, onlara əhəmiyyət vermirik.
Yer kürəsinin “iş prinsipinin”, bölümlər arası, dörd hədlidir.
Sübh, Gündüz, Axşam, bir də, Gecə.
Niyə bunlar dörd həddə bölünüblər ki?
Biz insanlar, bu hədləri bölüb - bölüşdürüb, onları biz, nizamlamışıq?
Qətiyyən yox!
Bunlar, bizim gücümüzün, təfəkkürümüzün nəticəsində belə bir ardıcıllığa uyğun
olaraq, fəaliyyətdə deyillər.
Bütün başlanğıclar, bir İşıqdan, bir də, İstidən başlanırlar.
Bəs, nə baş verir?