Page 865 - Vahid Rzayev
P. 865
863
Düyaya gələn, dünyaya doğulan körpə uşaq, ilk andan, “ağlamağa”, başlayaraq, onu
əhatə edəcək, zəngin hava şərtlərinə uyğun, nəfəs almağa başlayaraq, gözlərindən, ilk,
göz yaşı, ayrılır, axır.
Bununla yanaşı, ondan, su İfrazatı, başlayır.
Düşünürsən ki, yenicə dünyaya gələn bu canlı körpə, ilk andan, niyə su ifrazatı ilə, bu
Yer həyatına, gəlir?
Məsələ burasındadır ki, o, körpə, vücudunda olan, yığıla biləcək, su miqdarını, bu
üslubla, nizamlamağa, çalışır.
İnsan, bəşər, Yer üzünə gələndən, Yer üzündən, qayıdacağı ana qədər, o, insan, o
canlı, təbii ehtiyaclar qarşısında, aciz qalır.
Amma, düşünürsən ki, bu insan, bu canlı, tək təbii ehtiyacını, ödəmək üçün, Yer
üzünə, gəlmişdir?
Qətiyyən yox!
Onda, bu halın, bu gəliş - gedişin, mə'nası nədir sualı, çox düşündürücü, olur.
İnsan bir olmaq, bir ölmək, bir də, təbii ehtiyaclarını ödəmək üçün, Yer aləminə,
yenib, gəlməz.
Bu aləmdə, bir ölümün, bir də ki, təbii ehtiyacın qarşısı, alınmazdır.
İnsanın özü də, bütün varlıqlar arasında, bir varlıqdır.
İnsanın özü də, çox maraqlı, canlı olan bir varlıqdır.
Havanın çox İsti vaxtında, o mövsümə uyğun olaraq, İnsan istidə, özünü, amma ki,
adətən, üzünü, sifətini yelpikləyərək, özünü sərinlətməyə, çalışır.
Axı, niyə o istidə, ancaq üzünü, sifətini, yelpikləməyə çalışır?
Çox maraqlıdır, yə'ni ki, yayın o, istisində, ancaq onun, o insanın, üzü, sifəti, yayın
istisinə, dözmür?
Yə'ni ki, ümumiyyətcə insanın, yayın o istisində, bədən, başqa anatomik üzvləri, o,
istini hiss etmir?
İnsan vücudunun daxili halı, onun daxili aləmi, onun bütün psixoloji vəziyyəti, bir
onun gözdə, bir də onun, üzündə, sifətində, özünü bildirir, bəyan edir.
İnsan, bütün hallarda, bir üzünü, bir də gözlərini, çalışsa da, gizlədə, bilmir.
İnsanın daxili aləmini, bütün halları, öz üzündə, cəm edir.
İnsanın halı onun üzündə, mimikasında, üz cizgilərində, özünü bəyan edir.
Bu səbəbdən, havanın çox isti keçməsini, onun o isti hava şərtlərini pis keçirdiyini,
özü də hiss etmədən, hərəkət dinamikaları ilə, öz ətrafına bəyanlaşdırır.

