Page 864 - Vahid Rzayev
P. 864
862
Bir Günəşi, öz aralarında, sənin, mənim, bizim, onların arasında, bölə, bilmədilər.
Çünki, bölünməyəni, necə böləcəydilər.
11.01.2018
***
Düşüncədən, söz, sözlər...
Bütün Bəşəriyyət düşünür, hər düşüncə tezliyi “sözə”, çevrilir.
Hər bir insan, ancaq ona doğma olan dildə “düşünür”, ona doğma olan dildə öz
düşüncəsini “sözə”, çevirir.
Düşüncə ilə, nəticədə söz isə, bütün Kainat sisteminə səslənir, çünki bütün sözlər, Söz
sahibinə ünvanlanır.
Əgər ilkdən “söz”, “O” - nun olmasa idi, bizim Azərbaycan dilimizdəki
“çağırışlarımızı”, Eşidəcək, amma ki, bizim dilimizi “başa düşməyəcəkdi?”.
Şimaldakı Çukçanı da, Avstraliyada Aboroqeni də, Cəngəllikdə Hindunu da, bütün
Eskimosları da, “O”- nu çağırdıqca, hər çağıranın da, hər kəsin də, “o, dildə, öz bildiyi
dilində”, onun çağırdığı, O, dili, Başa Düşməyəcəkdir?
Dillərin, sözlərin başlanğıcı “O”- nun Olduğundan, bütün Bəşəriyyətin Dilini də,
bütün canlıların çağırışını da, Eşidir də, Bilir də!
Çünki bütün sözlər, kəlmələr, hecalar, “O”- nun, Özünün olduğundan, “O”- nun,
Özündən olduğundan, hər sözümüz, hər ricamız, hər istəyimiz, elə “O”- nun öz
Sözlərində, eşidiləcək, elə “O” - na da, o dilimizdə, Anlaşılacaqdır!
11.01.2018
***
Bir olmaq, bir də, ölmək üçün, gəlmirik Yer üzünə...
Olan, bütün bəşəriyyəti, bütün vaxtlar və zamanlar əhatəsində, bir sual düşündürüb,
“mən, nə üçün gəlmişəm, Yer üzünə?”
Bütün bəşəriyyət, belə düşünüb və yenə də, belə, düşünəcəkdir!
İnsan və bütün bəşəriyyət, bütün varlıqlar, bir izdivacları üçün, bir də, təbii
ehtiyaclarını, ödəmək üçün, gəlməz Yer üzünə.
İnsanın, canlının, təbii ehtiyaclarının, qarşısını almaq, mümkünsüzdür.
Təbii ehtiyaclar, (kiçikli, böyüklü), İnsan vücudunun, bütün canlıların, bədəndə,
vücudda, nisbi nəm, maddələr mübadiləsini, bədən müqavimətlərinin, yığılan su
miqdarının, tənzimlənməsi üçün, vacibdir və qarşısı, alınmazdır.

