Page 85 - Vahid Rzayev
P. 85

83




                  Qala  sahəsi  və  qapıları,  Günəş  mə'bədi  daxulində,  və  xaricində,  bir  arxitektura,
                  düyününə yığılıb.
                  Qız qalasının, bir neçə elementini öyrənməklə, o başlanğıc olar.

                  Amma,  bütün  anlamları  qapılarda,  bürclərdə  (qəribədir  ki,  yarım  dairə  qala
                  çıxıntılarına da, o dövr qala bürcü deyilirdi) tədqiq etmək olar!
                  O  vaxtlar,  necə  deyilmişdirsə,  bu  gün  də,  aktual  olaraq  qalır  ki,  “Elm  -  Elmlərin
                  içərisindədir, Elmlər, biri-birini tamamlamaqdadır!”.

                  İçəri Şəhər, Elm mə'bədinin iki Qapısı, ilkdən belə quruldu.

                  Bir qapıdan sağ çuyinlə daxil olarsan, Elm öyrənərsən, o biri qapısından, Sağ çiyinlə
                  də, o, Elm mə'bədindən çıxaran, mənimsədiyin Elmi, apararsan!”.
                  09.08.2015
                  ***

                  Yemək hazırlanması, Soğansız olmur...

                  Yemirik, Qidalanmırıq, yemək üçün, yemirik, yaşamaq üçün!
                  Qidalanırıq  -  Yer  üzünü,  onun  laylarını,  qatlarını,  dadlarını,  iyilərini,  rayihələrini,
                  istilərini, soyuqlarını, rənglərini, tanımaq üçün, bilmək üçün!

                  Yer üzündə, Soğana bir, bax!
                  Soğan, laylardan, qatlardan, köynəklərdən, bir birlik olub, mərkəzində Özəyi ilə, Yer
                  Kürəsinin, Nüvəsinə bənzər!

                  Soğan, Yer Kürəsinin, formasını, modelini daşıyar.
                  Soğan da, Buğda kimi, bütün Qitələrdə, bitər!

                  Yer üzündə, bütün Xalqlar, yeməyi, qida çeşidini, Soğansız, hazırlamaz.

                  Yemək tərkibində, Soğan olmasa, o, Yeməkdə dad hasilə gəlməz, dad bilinməz!
                  Yer kürəsinin modelidir Soğan, bir çox bitkilərin, köküdür, Soğan!

                  09.08.2015
                  ***

                  Günəş mə'bədi, Qız qalası
                  Heç düşünüb, heç bilmək istəmirik ki, Günəş mə'bədi, Qız qalası, daxili mərtəbələr
                  arası,  döşəmələr  və  tavanlar  hansı  arxitektura  incisidir  ki,  mərkəzdə  yük  götürmə
                  elementindən istifadə edilməyib?

                  Səbəb nədir?

                  O, bir sirr, o, bir müəmmadır!
                  09.08.2015
   80   81   82   83   84   85   86   87   88   89   90