Page 81 - Vahid Rzayev
P. 81
79
O, İlkdən başlamış, (Böyük Partlayışdan), bütün ardıcıllıqlar, iç-içə, biri-birini
tamamlamaqdadırlar, (buna fizikada, ölçülər deyildi).
Biz də, “ölçülər”-deyək.
Bütün ölçülər, Kainat konstruksiyasından başlayır və aparıcı olur!
Vaxtınızı çox almayım!
Baxaq ölçülərə, ona görə ki, bilək nədir ölçülər?
Yer aləmində, bütün hallar ölçülərdən başlar!
Əynimizdəki paltar, ayaqqabı ölçülərlə hazırlanar bizim öz anatomik ölçülərimizə
mütənasib olar.
Nə ölçülərdən çıxıb böyük olar, nə də ölçülərdən çıxıb kiçik olar, ölçülərə uyğun olar!
Şe'riyyat (9-luq), Qəzəllər, Rübailər, Novellalar, Romanlar, Oçerklər, bütün mətnlər,
ölçülərdən çıxmaz, ölçülərə, siğar!
Musiqilər : bəstələr, rənglər, dəramətlər, nəqarətlər, operalar, baletlər, simfonik
əsərlər, ariyalar, duetlər, xor kapellaları, romanslar, kvartetlər və s. ölçülərdən
(Çərəklər, səkkizliklər, on altılıqlar, diyezlər, qammalar), çıxmaz!
Vaxtlar-zamanlar bir -birindən qopmaz, uzaqlaşmaz, ayrılmaz!
Maşın-mexanızmlər, binalar, tikintilər, təyyarələr, gəmilər, tələb olunan ölçülərdən,
çıxmaz.
Gecə-Gündüz, Günəş Planetlər, yerindən çıxmaz biri-birindən uzaqlaşmaz biri-birinə
yaxınlaşmaz, on altılıq, hərəkət sür'ətindən, geridə qalmaz.
Qəribə deyil mütləqdir, Yarasalar o canlı varlıqlar gecələr uçar, gündüzlər uçmaz!
Səbəb nədir ki, onlar gündüzlər uçmaz?
Niyə, Quşlar Gün boylanandan oyanar, Gün batanda, yuvalarına çəkilər?
Niyə, “toyuq korluğu”-deyilən bir tibbi diaqnoz var ki, Gün batanda toyuq gözləri,
ətrafını görməz?
Axı, bunların hamısına səbəblər olmalıdır!
Çünki, o quşların, o yarasaların göz görmə sür'ətinə uygun, göz işıq görmə qədərləri
belə nizamlanıblar!
Yırtıcı heyvanların, şir, pələng, canavar və s gecə də, gündüzdə göz “işıq görmə”-
qədəri bərabərlik bölgüsünə yaxın olduğundan, vaxta-zamana bölünmürlər. Ev
heyvanlarından it, pişik, at, eşşək bərabər “işıq görmə”- sür'əti, işığı bərabər bölmə
xüsusiyyətinə görə, (gözün) rahat görərlər!
Qış vaxtı Alpinistlər dağ zirvələrinə qalxarkən mütləq olaraq tünd eynək taxarlar,
Şimal-Cənub qütblərinə yollanan ekspedisiya üzvləri mütləq olaraq, tünd eynək
taxarlar!