Page 773 - Vahid Rzayev
P. 773
771
Qaranlıqlardan, Qaralıqlardan uzaq olub, İşıq əhatəsində, İşıqda olmaq anlamı
daşıyıb.
09.10.2017
***
Səs, sərhədd, musiqi...
Hansı dil, hansı dilçilik musiqiyə, musiqi səsinə, yatmır ki?
Hansı xalqın, dili - dilçiliyi musiqiyə, hansı musiqi o xalqın dilinə yatmır ki?
Musiqi səslənsə, hansı ərazidə, eşidilməz ki?
Musiqiyə, sərhədd varmı?
Musiqi səsinə, sədd maniyə, varmı?
Səsə, sözə, musiqiyə, sədd, sərhədd yoxdur!
Sözün, özü musiqi, səsin, özü musiqi, hecanın, özü musiqi, cümlənin, özü musiqi,
fikrin, özü musiqi, musiqinin, özü musiqi...
Külək musiqi, yağış musiqi, dolu musiqi, yağan qar sakit rəvan sükutda - sükutun,
musiqisi deyilmi?
Nə səssiz, nə sözsüz, nə musiqi səsində, deyil ki?
Küləyə, yağış səsinə, axar su səsinə, dalğalara, ləpə döyənə, tufan səsinə, tərcümə -
tərcüməçi lazım deyil ki...
Səsə, musiqi ahənginə, bütün musiqi janrlarına, sədd, sərhədd, ərazi, mövcud deyil!
Dinləməyə, eşitməyə, zövq almağa, gözəlliyə, sədd - sərhədd, mövcud deyil ki...
10.10.2017
***
Səs, söz, musiqi...
Bütün səslər arasında, qeyri səs, mövcud deyil.
Səslənən, eşidilən, külək səsi, su səsi, yağış səsi, ləpə döyən səsi, tufan səsi, heç də,
qeyri, musiqi səslərinə aid ola bilməzdi, o səbəbdən ki, mövcud olan, bütün ümumi
səslərin öz mahiyyətindən, musiqi səsi, musiqi janrı, törəyib.
Yoxdur, elə bir söz ki, elə bir kəlmə ki, elə bir heca ki, o heç bir musiqi janrına uyğun
olaraq, musiqi ahənğinə uyğun olaraq, səslənməsin və o səsə, tabe olmasın.
Sözün özü, heç bir musiqi janrına uyğun olmasa idi, mahnıların heç biri sözlə müşayət
olunmazdı.
Akapellanın özü də, sözdə, sözlərdə, o musiqi səsini saxlamaqla, musiqi janrının,
ifasıdır. (Akapella - o mahnının musiqisi səslənmədən, o mahnının sözlərlə, ifası).