Page 775 - Vahid Rzayev
P. 775

773




                  Ehh...
                  Hanı o gül ki, ləçəkləri sərkərdandır?

                  Hanı o gün ki, xatirəsi də, sərməstəndir?
                  13.10.2017

                  ***
                  Necə Yaratdı?...

                  Qaranlığa, İşıq Saldı, qaranlıqları, İşıqla Yardı!
                  Yardı ki, Yaranışları, Özü Yaratdı!

                  Biz istədikmi?

                  Yox!
                  Yaranışları İşıqla, Özü Yaratdı!
                  13.10.2017
                  ***

                  Həqiqət...

                  İnsan, həqiqət deyil, həqiqət insandadır!
                  İnsan ölümlü, həqiqət ölməyəndir!

                  14.10.2017
                  ***

                  Yalan deyər...
                  Kim,  ömür  yolunda,  keçmiş  günlərində,  öz  sirli,  örtülu  bildiyi  anları,  yad  etmək,
                  istəməz?
                  - yad etmək istəmirəm deyən, yalan deyər!

                  Kim, bu gününün sonunun, nə ilə bitəcəyini bilmək istəməz?
                  - bilmək istəmirəm deyən, yalan deyər!

                  Kim, ömür aqibətinin, ömrünün, nə ilə sonlanacağını, bilmək istəməz?
                  - bilmək istəmirəm deyən, yalan deyər!

                  Kim, bu dünyadan vidalaşıb, o biri dünyada, kimlərlə, nələrlə qarışılaşacağını bilmək
                  istəməz?
                  - bilmək istəmirəm deyən, yalan deyər!

                  Kim,  Yer  həyatında,  etdikləri  hərəkətlərin,  davranışların  nəricələrinin,  nə  ilə
                  yekunlaşacağını, bilmək istəməz?
                  - bilmək istəmirəm deyən, yalan deyər!

                  Kim getdiyi, getmək istədiyi yolun, səfərin, necə olacağını, bilmək istəməz?
   770   771   772   773   774   775   776   777   778   779   780