Page 770 - Vahid Rzayev
P. 770

768




                  Bütün Planetlər, kürəvari, yumrudurlar.
                  Sferik, kürəvari quruluş, diqqəti özünə, cəlb edəndir!

                  Bu  həndəsi  quruluş,  düşünüb,  düşündürməyin,  kütlələrin  hərəkətlərini  müşahidə
                  etməyə sanki bir, “açarıdır”.
                  Belə bir, xəyali təcrübə qoyaq və baxaq!

                  Düz, müstəvi, yə'ni boş, masa, stola, düzəngaha insan baxdıqda, bir fikir keçər, dərin
                  yaddaşından, “nəisə çatmır, nəsə çatışmır” - və o masa, müstəvini ya örtüklə örtməyə
                  və ya, onun üzərinə hər hansı bir, əşya qoymaqla, onu “tamamlamağa” - çalışır!

                  Çünki,  o  stola,  o  masaya,  o  düzəngaha  baxdıqda,  düşüncəsini  bir  yerə  toplaya
                  bilmədiyindən, gözündə bir işarə, bir aryentir axtarmaqla, o sahənin, o ərazinin tam
                  əhatəsini görmək istəyir.
                  Belə bir hal da, var.

                  Təyyarə,  gəmilərdə,  adətən  onların  “pəncərələri”  dairəvi,  yumru  illüminatordan,
                  istifadə etməklə, sərnişinlərin düşüncələri, bu üsulla, fikirlərini, düşüncələrini, bir yerə
                  yığıb, cəm etməyə, köməkçi quruluş formasıdır.
                  Əgər,  Yer  üzü,  bir  müstəvi  forma  və  quruluşda  olsa  idi,  əgər  ki,  Göy  qübbəsi  də,
                  müstəvi  quruluşda  o  formada  olsa  idi,  bütün  Planetlərin,  birgə  hərəkəti  ləngləşər,
                  hərəkətsizlik olardı.

                  Dairəvilik, yumru, kürəvarilik, sferik quruluşlar ona görə belə yaradılıb ki, planetlər
                  bir  ahəngdə  hərəkət  etsinlər,  yaranmışlar,  bütün  külli-kütlələrə  baxdıqda,  düşünüb,
                  düşündürə bilsinlər!
                  07.10.2017

                  ***
                  Kürəvari, Yumru...

                  Yumru, Kürəvari...
                  Bütün başlanğıclar başlar, kürəvari, yumru.

                  Kürəvarilik  -  bütün  həndəsi  formaları,  ədədləri,  ardıcıllıqları,  davamiyyətləri,
                  temperatur  hədlərini,  rəngləri,  səsləri,  vəhdət  və  quruluşları  özündə  toplar,  özündə
                  cəm edər!

                  Planetlər, yumru, kürəvari!
                  Tumurcuq, su damcısı, müxtəlif meyvə, göz, sinə, yanaq, yumaq, yumruq, yumurta,
                  baş beyin, kümbəzlər dairəvi, hərəkətlər dairəvi, onlar, qabarıqlar, sferik - kürəvari!

                  Kim düzəltdi bunları, kürəvari, niyə, kürəvari?
   765   766   767   768   769   770   771   772   773   774   775