Page 767 - Vahid Rzayev
P. 767

765




                  ***
                  Dirilmək, ölmək...

                  Qəribədir bu hallar.
                  İnsan ümid edir ki, o biri Aləmdə ona mükafat, müjdə verəcəklər.

                  Bu doğrudur.

                  Amma ki, bir doğru da, vardır!
                  Mən, biz, bu Yer Aləmində, nə, nələr etdim ki, o biri Aləmdə mükafata, müjdəyə,
                  ümid edim?

                  Bütün canlı Aləm, Yer üzünə, bir vasitə ilə gəlir.
                  Bu Yer üzündən isə, bir vasitə ilə qayıdır.

                  Bu, Yer aləminə gəlişə vasitə, Anadır.
                  Bu, Yer Aləmindən ayrılıb, getməyə vasitə isə, Əzrail, Can aparandır.

                  Gəliş də, qayıdış da, bir vasitə ilə, vasitədədir!

                  Dirilmək ölməkdirsə - Ölmək də, dirilməkdir!
                  Bu  Yer  üzünə  gəlişin  özü,  elə  bu  Yer  aləmində  hansısa  mərhələdə,  ayrılmaya
                  bənzəyir.
                  Yer aləminə niyə gəlmişdik, nələr etdik, nə qurduq-quraşdırdıq ki?

                  Bir də, Yer Aləmində nəyi, nələri, dağıdıb, viranə qoyduq?
                  Sual budur!

                  Qayıdış da, sual da, cavabı da, elə buradan başlayır.
                  Heç ümid etməyık ki, o Aləm, xilas aləmidir.

                  Bu Aləmdə nə etdisə Bəşəriyyət, o Aləm etdiyi işlər üçün mükafatı onun etdiklərinin,
                  mislindən verilər.

                  Bu, Aləmə niyə gəldiyimizi bilməsək, o Aləmdən nə ümid edərik?
                  Elə  hesab  edək  ki,  elə  orada,  elə  o,  Aləmdə  ölmüşdük,  burada,  bu  Aləmdə  isə,
                  dirildik!
                  Dirildiyimiz bu aləmdə, bu aləmə nə etdik ki, o biri Aləmə, nə ümid, edərik ki?

                  04.10.2017
                  ***

                  Səmavi kitab mətnlərində, “Ol, dedi” - keçir...
                  “Ol” - olmaqdayıq!

                  Ölə - ölməkdəyik!
                  “O” - na, dönüb qayıtmalıyıq!
   762   763   764   765   766   767   768   769   770   771   772