Page 766 - Vahid Rzayev
P. 766
764
Dünya yenə də, elə həmin, köhnə Dünyadır!
Bir, gələnlərə baxır, dönüb - dönüb, gedənlərə bir də, baxır!
Dünya, elə həmin, köhnə Dünyadır!
Amma ki, hər gələnə bu Dünya, onun gözündə, yeni bir Dünyadır!
Gəlib - gedənlərin, bunların, onların, bu Dünyanın şərtlərini dəyişmək istəklərinə, heç
uyğun gəlməyən, uyğunlaşmayan, dəyişə də, bilməyəcəkləri, yenə də, elə həmin,
köhnə, Dünyadır!
Dünyanı, dəyişmək mümkün olsa idi əgər, Dünyanın nəyini dəyişəcəkdilər, Dünyanın
niyə dəyişəcəkdilər, nələrini dəyişəcəkdilər, necə onu, “dəyişəcəkdilər?”.
Bunları, bu şərtləri düşünən heç soruşan da, olmadı!
Dünya isə, elə həmin, köhnə Dünyadır!
Bizim üçün yeni, özü üçün isə yenə də, köhnə Dünyadır!
Amma ki, Dünya elə həmin Dünyadır!
Yenə də elə həmin, köhnə Dünyadır!
Gələnlərə baxdı, gedənlərə baxdı, Dünya elə olduğu kimi, olduğu Dünya kimi, qaldı,
heç dəyişilmədi!
04.10.2017
***
Ölümsüz, İnsan...
Əgər, ölüm məvfhumu, ölüm vahiməsi, ölüm qorxusu olmasa idi, Bəşər-bəşəriyyət,
nələr edərdi, bu Yer aləmində!
Bəşəriyyət, dərin yaddaşından bilir ki, ölüm var, ölüm labüddür və o, olacaqdır.
Amma, dərin yaddaşından, onu da bilir ki, ölüm yoxdur, ölümdən sonra, dirilmə bir
də, var!
Bəşəri, bəşəriyyəti də, bir çox hallar qarşısında, elə düşündürən də, onun
ölümsüzlüyüdür.
Onu cavabdeh edən, Ölümdən sonra, etdikləri ilə, “dirilməyidir!”.
İnsan həqiqət deyil, Həqiqətin özü, İnsandadır!
Həqiqət ölümsüz, İnsan, ölümlüdür!
İnsan Xuda deyil, insan ölüb - dirilən, dirilib - ölən, ölümlü-dirimlidir!
Xuda işə ölümsüzdür!
“O”, Ölmədən- dirilmədən, Dirilmədən-ölmədən, Ölümsüzdür!
04.10.2017