Page 768 - Vahid Rzayev
P. 768
766
“Ol”- u, necə “ol”, Dedisə,
nədən, necədən, niyədən olduq?.
Olduqsa əgər, oldan “ol” - u, aydınlaşdırmalı, “ol” - a, qayıtmalıyıq!
“Ol”- necə oldu ki, ol - oldu?
Olmağa da, olmaq gərək, olmağa da, İlkin İşıq, gərək!
İşıqdan, İşıq gərək!
O İşığın, Zərrəsi gərək!
Zərrədən - Zərrə gərək!
“Olları”, ol etməyə, Zərrə gərək!
Zərrə ilə, Zərrədən, törədib, törənişlər edəcək!
“Ol” - dedi, ola - ol, dedi!
Ol, dedisə əgər, bütün aləmlərə, İlk sözü də, “O” - dedi!
Sözün, kəlmənin, hecanın, ilkini, əvvəlini, təməlini, varlıqlar
arasında, danışığın əvvəlini, “O”- gətirdi, “O” - dedi!
Bütün Kainatlara, bütün Aləmlərə, ilk sözü, ilk kəlməni, “O”, dedi!
Kainatlara, ilk heca, İlk söz, gəldi!
Kainatlara idi, ilk söz!
Sözə - söz, sözlərdən - dil, gələr!
Səsi, sözü, biz yaratmadıq!
Bütün yaranmışlar, “O” - nun, dili ilə, “O” - nun, dilində, dedi, danışdı!
Bütün düşündüklərini, bütün düşüncələrini, “O” - nun, dilində”, “O” - na, deyər, “O” -
na, danışar!
İşıq O - nun, Zərrə O - nun, İlk söz də, O - nun!
Oval quruluşu, Oval forması da, O - nun!
“O” - öz İşığını güc etdi, öz İşığını, səxavətlə etdi!
Bütün, yaranacaq Aləmləri, varlıqları, kütlələri, öz İşıq səxavətində, İşıq paylı, etdi!
Bütün başlanğıcların əvvəlinə - əvvəldən, “ol” - u, “O” - dedi!
Olları, olaqları, olsunları, biz demədik!
Biz-bizi, özümüz - özümüzü, yarada bilmərik, yaratmadıq!
“O” - bütün Aləmlərinə, İşıq səpdi!
İşıq gücündən, İşıq tezliyindən, parlaq İşıqlı, Zərrələr törədi, Zərrələr səpildi!