Page 776 - Vahid Rzayev
P. 776
774
- bilmək istəmirəm deyən, yalan deyər!
Kim, zəhmətlə başladığı işin, o, işin, öz aqibətinin, necə olacağını, bilmək istəməz?
- bilmək istəmirəm deyən, yalan deyər!
Kim, qaydacağı o Aləmin, necə olacağını, bilmək istəməz?
- bilmək istəmirəm deyən, yalan deyər!
Kim, gələcəyinin necə olacağını, bilmək istəməz?
- bilmək istəmirəm deyən, yalan deyər!
Kim kimin, nə olduğunu, necə insan olduğunu, bilmək istəməz?
- bilmək istəmirəm deyən, yalan deyər!
Bu, Yer həyatında, bütün halları, bilib öyrənməyə, araşdırmağa, tapmağa, nəticələr
çıxarmağa, yaxşı nə, pis nədir, məkr nə, yalan nədir, kimin karıxıb, aldanıb, kimin
məqsədli, düşüncələrində, nəyin necə olduğunu, bilmək istəməz?
- bilmə, deyənlərin, elə özləri də, yalan deyər!
Çünki, o, “bilmə”, deyənlərin, özləri də, maraqdadır, öz hallarının, aqibətlərinin, “nə
ilə, nəticələnəcəklərini”, onlar daha çox, bilmək istəyir!
Heç, “vecimə də, deyil” - deyən, o da, yalan deyər!
Çünki, bu Yer həyatında, bütün maraqlar, maraqlanmalar, “bilmək istəklərinin”
özündə, bilmək istəklərinin, əvvəlidir!
15.09.2017
***
Hərəkətlər...
Bütün hallar, hərəkətlər, ardıcıllıqlar, quruluşlar, planetlər, gecə, gündüz bizim
bilməyimiz üçün, nəticələrə gəlməyimiz üçün, hərəkətdədirlər!
Onların özləri, hərəkətdə olmasa idi, biz maşın-mexanizmlərə, hərəkət verə
bilərdikmi, onları hərəkətə gətirə, bilərdikmi?
Biz insanlar, çox da qürrələnməyək ki, maşın-mexanizmlərə hərəkət verib, onları da,
hərəkətə biz insanlar, gətiririk.
Əgər hər hansı bir varlığın, kütlənin, cismin ilkindən təməlindən, başlanğıc halından,
onlara hərəkət etmək qabiliyyəti və hərəkət etmək yaddaşı, ayrılmasa idi, biz İnsanlar
heç bir kütlə, cisim varlıqlara hərəkət verərək onları hərəkətə gətirə bilməyimiz,
mümkünsüz olardı!
Müəllim də, həyatdır, həyat elə özü də, müəllimdir!
15.10.2017
***