Page 778 - Vahid Rzayev
P. 778
776
16.10.2017
***
Dil, dilçiliyimiz...
Kainatın ölçü və miqyasında, Azərbaycan dili - dilçiliyi, elə zəngin olan bir dildir ki,
bu dildə, Nuh danışdı, Xızır danışdı, Zərdüşt danışdı.
Kainat Elmlərini bizə, ərazimizə gətirib çatdırdılar, o elmlərdən Yer üzü bəhrələndi.
16.10.2017
***
Heyrət, bir də, heyran...
Yer üzünə gələli, bu yer üzünün, heyranı oluruq.
Gördüklərimizin heyranı, gözəlliklərin heyranı, bilməklərin, öyrənməklərin, heyranı
oluruq.
Bu, gördüyümüz yer aləmi, bir heyran arası, bir də, heyrət arası olan aləmdir...
Gələrkən, heyranı olarıq, buradan gedərkən, bu aləmin, heyrətində olarıq!
Heyranı olduğumuz bu aləm, Heyrətlə baxmasın bizə!
O, heyrətindən ona görə baxar ki, nə qədər əlamətlər, hadisələr, hallar görstərildi, bu
aləmində sənə, mənə, ona.
Sən, baxdıqlarının heyranı içərisində idinsə, mən isə, heyrətimin baxışından,
baxırdım, sənə.
Sənin, bu yer aləmində etdiklərin, davranışların, heyrətli idi, heyrətamiz idi!
17.10.2017
***
Düşüncələrimiz,
davranışlarımız,
münasibətlərimiz,
istəklərimiz...
Yer üzünün, hallarına diqqətlə baxdıqda, bir çox hallar, çox müəmmalı görünür.
Səbəblərini isə, heç də bilmək olmur.
Yer üzündə baş verən, bütün, “faciəvi” halların, hadisələrin, bir səbəbləri də,
olmalıdır, yəqin ki.
Yoxsa ki, bunlar, “təbiət hadisələridir, ekoloji çirklənmələrdir” - deməklə, heç də,
həmin hadisələrin baş vermə mexanizmlərini araşdırıb, bilməkdən, bir bu adla,
kifayətlənməli oluruq.
Çünki, bu halların, belə olması, qəribədir və çox-çox, düşündürücüdür!