Page 759 - Vahid Rzayev
P. 759

757




                  Bütün quşlar, səsləri ilə rəngləri, müxtəlif rəngarənglikləri, özləri ilə bilib, o rənglərin,
                  rəngarəngliklərini, tərənnüm edərlər!
                  Pərvanə İşığı, İşıq ətrafında, İşığı - İşıqla, tərənnüm edər!

                  Hava - Suyu tərənnüm, edir!
                  Su - havanı tərənnüm, edər!

                  Külək - buludları, toz-torpağı, isti, soyuğu, tərənnüm edir!

                  Od - İşığı, istini, tərənnüm edir!
                  Günəş - İşıqla, İstini, İşığın şüasını, işığın tezliyini, tərənnüm edir!

                  İnsan - Kainatı, İşığı, Zərrəni, tərənnüm edir! (Gözləri həmişə, Kainatda qalar, oradan
                  ayırmaq istəməz).
                  26.09.2017

                  ***
                  Ağ İşıq...

                  “İşıq”- sözünü eşidəndə, bəşəriyyət karıxa bilər.
                  “İşıq”- deyildikdə, o, ocaq, yaxud da ki, Günəş, işığı, şüası, istisi deyil.

                  “İşıq”- deyilən odur ki, Böyük Yaradan, bu Kainatı yaradanda, Özündən Onlara Ağ
                  İşıq  Səpib,  nəticədə,  “Böyük  Partlayış”-  baş  vermişdir  ki,  Kainatlar,  bu  aləmlər  o,
                  partlayış İşığından və gücündən, yarandılar!
                  “Tenqri”, “Tanqrı”, “Tanrı”, “Allah”, “Allah Təala”, “Ahura”, deyirik!

                  Dediklərimizin hamısı, “O”- nun Adıdır!

                  Yaxud da, deyirik ki, “Böyük Yaradan”.
                  Bu oldu Onun Böyüklüyü, yenə də, Adlığı oldu, özlüyünü demədi.

                  Özlüyü, İşıqdandır, İşıqdadır, Nurdandır, Nurdadır, Özlüyü, Ağ Yaradıcı, İşıqladlr!
                  İlkdən, İlkindən, “O” - nun Özüdür!

                  İlkdən, əvvəldən, Böyük Yaradanın Özüdür ki, sonra “O” - nun Adıdır!
                  28.09.2107

                  ***
                  Özü olmayanın, adı da, olmaz...

                  Əvvəlcə, varlığın özü olur, sonra onun, adı olur!
                  Özü olmayan, məhfuma, varlığa, necə ad qoymaq olar ki, özü olmamış - olsun amma
                  ki, adı, olmuş - olsun?
   754   755   756   757   758   759   760   761   762   763   764