Page 760 - Vahid Rzayev
P. 760

758




                  Özü olmayan, cismə, kütləyə, cana, canlıya, hər hansı bir varlığa, heç ad da, qoymaq
                  olmur.
                  Olmasaydı, Yaradan və Yaradıcı, onun adı olardımı?
                  Əvvəlcə Varlığın özü olur, sonra onun, Adı olur!

                  Əvvəlcə, sənsən ki, sonra sənin adındır!
                  Əvvəlcə “O” - dur ki, sonra da, “O” - nun, Adıdır!

                  29.09.2017
                  ***

                  Salamladıqmı?...
                  Səhər yuxudan oyanandan, salamladıqmı o, yuxumuzu?

                  Yataqdan, qalxıb da, salamladıqmı yatağımızı?

                  Əl - üzümüzü, su ilə yumazdan əvvəl, salamladıqmı o, suyu?
                  Qidalanmazdan əvvəl, salamladıqmı o, çayı, o, çörəyi?

                  Ev qapısından, çıxmazdan əvvəl, salamladıqmı, o qapını?
                  Salamladıqmı, addım atdığımız o, səkini, o küçəni?

                  Salamladıqmı, addımladığımız o, yolları?
                  Salamladıqmı bu Günü, bu günkü Səhəri?

                  Keçdiyimiz yolları, başlayacağımız işləri, salamladıqmı?

                  Salamladıqmı, bu günə, olacaq uğurları, istəkləri, arzuları?
                  (Salam - ayrıdır, Salamlamaq - təşəkkürlü olmaq isə, ayrıdır).

                  Təşəkkürlə başlanmayan o, Gün, nə ilə sonlanar o, Gün?
                  Bə'zən, belə çıxır ki, “onlar”- bizi salamlamalıdırlar?

                  Amma bilsək ki, “onlar” da dönüb, bizi cavabsız qoymayıb, hər bir təşəkkürümüzdə,
                  bizi də, onlar, “salamlayarlar!”.
                  Salamlamaq, əvvəldir, təşəkkürlü olmaq isə, hər halın, hər uğurun, başlanğıcı, onların
                  arası kəsilməyən, davamıdır!

                  30.09.2017
                  ***

                  Onlar, hamı üçündür, amma hər kəs üçün deyil...
                  Yer aləmində, elə hallar var ki, onlar hamı üçündür, amma, elə hallar da, var ki, onlar
                  hamı üçündür, amma hər kəs üçün, deyil.

                  İnsan isə, hər bir hala, qane olandır.
   755   756   757   758   759   760   761   762   763   764   765