Page 606 - Vahid Rzayev
P. 606
604
Amma, bəyin də, ayağının altına (pəncəsinə), dairəvi xına yaxılaraq, o da,
xınalanardı!
Gəlin gəlsin, işıq gətirsin, İşıqla gəlsin!
Bəy gəlsin, İşığı gətirsin, ayaqları ilə, evə işıq gətirsin!
(Ailənin bütün yükünü, azaltsın, kənardan evə qida, rahatçılıqlar, İşıq gətirsin, mə'nası
daşıyırdı).
Bu adət, “Xına gecəsi”, xınanın Qırmızı rəngi, ailə münadinətləri İsti, gəlinin Ağ
geyimi isə, “İşıq gətirsin”, mə'nasını daşıyardı!
Amma, uzaq keçmişdən qalma, bir anlayış da, ondan ibarət idi ki, Qırmızı rəng,
rahatçılıq, həlimlik, sevinc, mehribançılıq, məhəbbət, qayğı rəngi kimi, qəbul edilirdi!
Amma, bu çox qədim adət, Azərbaycan ərazisində, uzun əsrlərlə, qorunub
saxlanılmışdı.
Bu anlayış ondan ibarət idi ki, Gəlin səhərə yaxın, yə'ni Günün çıxma ərəfəsində Uş-
anında, O, oğlan evinə, köçürülərdi!
Nələrin necə olduğunu, zəman-zaman unutdurublar, amma yaddaşlarımızdan isə,
çıxartmamışıq, qoruyub saxlamışıq, o böyük mə'naları!
Toy gününə qədər, Xına gecəsi, toyun, sonrakı səhəri, Gələn gəlin, “Gəldi gəlin”, adı
ilə, şadlıq edilərdi!
Qədim, Azərbaycan ərazisində yaşayan, o, insanlar, Günəşin doqquz istinad
nöqtəsindən keçdiyindən xəbərdar olduqlarından, doqquz bucaqdan keçmə anını
bildiklərindən, ailə quranlara, Doqquz övlad olmasını, arzu edərdilər!
Toy səhərisi, Gəlini qırmızı ilə, geyindirərdilər!
Qırmızı isti, Ailəyə Günəşlə, İşıqla birlik - fikri ilə, bir də şadlıq edərdilər. O,
məclisdə, ancaq qadınların, yığıncağı olardı, kişilər, o, qadınlar məclisində, iştirak
etməzdilər!
23.07.2017
***
Duyğularımız...
Duyğular bütün canlılar arasında, bütün Bəşəriyyət arasındadır!
Düyğuların, Milliyəti yox, Duyğuların Cinsiyyəti (kişi-qadın, gənc-cavan, yaşlı- ahıl)
yox!
Duyğuların, Vətəni yox, Ərazisi yox!
Duyğular, bütün Canlılar arasında bölünəndirsə, deməli o, duyğular, ayrı-ayrılıqda,
hər birimizindir, hər birimizədir!
Duyğu, Hissdir, onun Dili yox, onun Cümləsi yox, o, Duyğunun ifadəsi yox!