Page 611 - Vahid Rzayev
P. 611

609




                  Qitələr, dağıntılar arasındadır, sanki Yer üzü sürünmədədir, Bəşər bu halları dərk edə
                  bilmir - bu, qəribədir!
                  Bu  dağıntılar  -  aramsız  yağışlar,  dözülməz  istilər,  səfalət,  xəstəliklər  bəşərə  bir
                  əlamətdir, bunları, dərk edə bilmir - bu, qəribədir!

                  Çünki, insanla  -  insan  arasında,  ətrafdakılara  e'tinasızlıqların  nəticəsidir  -  bu  isə,
                  qəribə deyil!
                  Nə qədər qərarlar verilsə də, müzakirələr etsələr də, orada, Bəşəriyyət adına; “rifah və
                  insan varlığı”, anlayışı yoxdur, qitələr faciələrə, bürəlidir.

                  Bu gediş bu davranışlarla Yer üzü, bir cəhənnəmə dönür, bəşəriyyət sanki o, “Qara
                  varlığın” əsarətindədir!

                  28.07.2017
                  ***
                  Bəşəriyyətin Zəngi...

                  Bir, zəng düzəldin, zəng olsun!

                  O, Bəşəriyyətin - Bəşəriyyətə, zəngi olsun!
                  Yer üzünə, Zəng olsun,

                  Bəşəri faciələr vaxtı, Bəşəriyyəti oyatmağa, o, zəng, olsun!
                  Bir, Zəng düzəldin, zəng olsun!

                  Bəşəriyyətə səslənən, Bəşəriyyətin zəngi olsun!
                  Bəşəri faciələrdə, Bəşər özü, faciələrdə, o, Zəng səslənsin, səs olsun, Bəşəriyyətə zəng
                  olsun, oyanma, oradan, olsun!

                  Narkomaniyadan, bir də, nələrdən - nələrdən, o, faciələrdən, Bəşəriyyət uzaq olsun!

                  Bəşəriyyətin, zəngi səslənsin, səs olsun!
                  Çünki, Kimsə gəlib, bu bəşəriyyəti, xilas etməyəcək!

                  Bəşərin, özü xilas olmaq istəməsə, onu Kim xilas edəcəkdir, bir də, “nələrdən”, xilas
                  edəcəkdir ki?...
                  Bəşəriyyəti, öz Bəşəriliyi, öz İnsanlığı, xilas edəcəkdir!

                  28.07.2017
                  ***

                  Sözlə...
                  İnsan, Kainata üz tutar sözlə, düşünər sözlə, ümid gözləyər sözlə, deyər sözlə, qapıları
                  açar sözlə, bağlanar o qapılar sözlə.
   606   607   608   609   610   611   612   613   614   615   616