Page 616 - Vahid Rzayev
P. 616
614
Elə bir, Yük yığarıq ki, ölçüsü yox, heç demə ki, yoxdur yüküm!
Yük “yığmışıq”, daşınması üçün, heç demə ki, indi, yoxdur yüküm!
Nə “Bilərlər”- nədir yükün, apardığın, daşıdığın, Ağır yükün?
Heç demərsən ki, yoxdur yüküm!
Olar özünə, öz ağır yükün heç demərsən ki, yoxdur yüküm!
Cəza üçün yox, indi, özün biləsən ki, nəyin yüküdür, “öz”, yükün?
Sonda da, deməyəsən ki, heç yoxdur “Yüküm!”
“Yük” və “Yüklər”, sənin özünə, ətrafına, istəklərinlə, etdiklərindir!
Odur, “Yükün”.
Onlardır sənin, özünə, Öz ağır, “Yükün!”.
01.08.2017
***
Şəhərin mərkəzi, Zaviyə məhləsi...
Yer kürəsi, sahələrə, ərazilərə, məsafələrə, bölgələrə ayrılıb!
Şəhər daxilindəki sahə bölgüləri, heç də, Dövlətlər arası, sədlər, sərhədlər, demək
deyil!
Bu ərazi bölgülərinə, xalq arasında, məhlə, kvartal, adı verilibdir!
Bunlar, ərazilərin, ərazilər arasındakı - məsafə, qonşuluğun, sahə göstəriciləridir!
“Məhlə” - Şəhər, Kənd, Qəsəbə daxilində, yerləşən sahənin, bir hissəsinə, aid olur!
Azərbaycan ərazisində, yerləşən bir çox yaşayış məntəqələrində, həyətyanı sahələrə
də, “məhlə”, deyilir.
Bu adlıq, yenə də, bir pay ərazi sahəsi olmaqla, tutulan sahənin, ərazinin,
məsafəliliyini bildirir!
Amma, yenə də, “Məhlə”, deyilir!
Böyük şəhərlər daxilində yerləşən Məhlələrin hər birinin özünə xas olan, davranışı,
ətrafla münasibət qurması və özünə aid, qayda-qanunu, olur!
Bu, məhlə adlığı, heç də, tək şəhər daxilində, əraziləri bildirmək üçün, sektor sahələri,
demək deyil, bu Məhlə adlığı, kəndlərdə də, qəsəbələrdə də, belə adlanır, “Məhlə”.
Hər məhlənin də, özünə xas, öz xasiyyətləri olur!
Hər məhlənin də, öz “qoçusu”, öz sənətkarı, öz tədbirkeşi, öz məsləhət vericisi, öz
məhlə davranışı, öz məhlə xüsusiyyəti olur!
Naxşıvan, şəhər daxili də, çox-çox Qədim dövrdən, Məhlələri ilə tanınıb, seçilib!
Şəhər mərkəzi, Zaviyə məhləsi adlanıb!