Page 617 - Vahid Rzayev
P. 617

615




                  Şəhər  daxilində,  Zaviyə  məhləsini,  əhatə  edib,  Sarvanlar  məhləsi,  Şahab  məhləsi,
                  Əlixan məhləsi, Xan diki kimi məhlələr!
                  Zaviyə məhləsi isə, ortada dayanıb!

                  Həmin  məhlə  ona  görə  mərkəz  kimi  tanınıb  ki,  Zaviyə  məhləsi  ərazisində,  İsmayıl
                  xanın  hamamı,  ona  yaxın  ərazidə,  “Köhnə  hamam”, Poçt-Teleqraf  mərkəzi,  şəhər
                  Televiziya komitəsi, M.S. Ordubadi adına kitabxana, Naxçıvan şəhər Bangı, Pionerlər
                  evi (Dom Pioner), Gənc Texniklər Stansiyası, (o dövrün uşaqlar, “Avio Model”, adı
                  verdikləri  dərnəklər),  Şəhər  Musiqi  məktəbi,  Tibb  texnikumu,  B.  Kəngərli  adına,
                  muzey,  Ali  Məclis,  Nazirlər  Kabineti,  C.  Məmmədquluzadə  adına  Dramatik  Teatr,
                  Kirov adına, kinoteatr, H. Cavid adına kinoteatr və s. və i.
                  Zaviyə məhləsi, Zaviyə ərazisi, İşıq ərazisi adı daşımaqla, həddindən artıq Qədim bir
                  ərazi kimi tanınıb, tarixləşib.

                  Yer üzündə bir çox, ərazilərdə “Zaviyə”, adı xatir-hörmətə layiq bilinib!

                  “Zaviyə”, nə kimi mə'na daşıyıb?
                  “Zaviyə”  -  bir  Hücrə,  Xanəgah,  Zahidin  Yer  Aləmindən  ayrılıb  təkləşdiyi,  İşığa
                  qovuşduğu yer! İşığa inanc, İşığa tapınan bir sahə, İşıqlı Sahə kimi, mə'na daşıyıb!

                  “Zaviyə” - Zahidlik idi, Yer Aləmindən ayrılıb, İşıqla olan, Təkliyi idi!
                  O, Zavilərdən - Naxçıvandan, sirli, örtülü ad, Zadələr, törədi!

                  Zaviyədən - Zavi, Zahid, onlardan Yer üzünə, Naxçıvandan, bir qol, Sufilər, törədi!
                  “Sufilərdən”, Yer üzünə, “Mə'na və Məntiq, Mahiyyət” məktəbinın, Tə'limi, törədi!

                  Liviyada, Əl-Zaviyə şəhəri, İranda Zaviyə vilayəti, Türkiyədə Zaviyə ərazisi, İraqda,
                  Suriyada, Əl-Zaviyə əraziləri, sahələri, bir İşıq Xanəgahı kimi, tanınıb, yaddaşlarda
                  qalıb!
                  Həmin, Zaviyə Mə'bədi İşıq Mə'bədi kimi, Günəş Mə'bədi kimi, tanınıb!

                  Mayya mədəniyyəti, həmin Günəş Mə'bədi, İşıq - Zaviyə Mə'bədini, Doqquz Qatdan,
                  (üst-üstə),  inşa  ediblər  və  bu  dövrə  qədər  də,  sirli,  müəmmalı,  maraq  doğuran  bir
                  mədəniyyət kimi, qəbul edilir!
                  Azərbaycana,  xüsusi  ilə,  Naxçıvana  Monqol  xanları,  Makedoniyalı  İskəndər,
                  Teymurun hərbi yürüşləri dövründə, Azərbaycanda, Naxçıvanda, bir çox kitabxanalar,
                  tarixi mə'bədlər, xanəgahlar, bilərəkdən, dağıdılıb, yerlə bir, edilib!

                  Bu hərbi yürüşlər, onların sonuncu hərbi yürüşləri olub! (Təhrif olunmamış tarixlərə
                  bax).
                  Azərbaycana,  Naxçıvana,  sahib  ola  bilməyiblər,  bir  müddət,  ərazidə  qalsalar  da,
                  qoşun  daxilində  qarışıqlıqlar,  biri-birinə  tabe  olmamaqla,  Azərbaycan  ərazisindən
                  çıxıblar  və  bundan  sonra  o,  sərkərdələrin,  qoşunla  öz  süqutları  başlayıb  və  ondan
                  sonra ancaq məğlubiyyətlərlə üzləşiblər!
   612   613   614   615   616   617   618   619   620   621   622