Page 608 - Vahid Rzayev
P. 608
606
Ölçülərlə - Ölçüsüzlük arası, mövcud deyil...
Əgər hisslərimizi, duyğularımızı, hər hansı bir, ölçü miqdarına, sığışdıra bilmiriksə,
demək olmaz ki, bu hisslər, ölçüsüzdürlər.
Əgər onların, duyğu və hisslərimizin, ölçü miqyasını və ölçü vahidlərini, bilmiriksə,
bu o demək deyil ki, bütün, Hisslər və Duyğular, ölçüsüzdürlər və miqyazsızdırlar!
Bu hal da, mümkünsüzdür ki, hər hansı bir məvhumun özü var olduğu halda, özü
mə'lum olduğu halda, onda, o, hal, ölçü ilə, ölçüsüzlük arasında, dayana bilə!
“Ölçü ilə, ölçüsüzlüklər arası”, belə məsafələr, mövcud deyil!
Çünki, bütün Hallar, bütün Məvhumlar, bolluq, zənginlik, arasındadırlar!
Bu sadə səbəbdən, bu Aləmin ölçüsünü, ölçə bilmirik!
O, biri Aləmi də, ölçülərə, miqyaslara, həcmlərə, sığışdıra, bilmirik!
Amma ki, bu Aləmlə, o, biri Aləmin, mövcud olduğunu, bilirik!
İki, Aləm arasında olduğumuzdan, onların, hər iki Aləmin, qədər hədlərini də, ölçə
bilmirik!
Duyğularımız, hisslərimiz, istəklərimiz, arzularımız da, belədir, onlar heç bir ölçülərə
sığımazlar!
Çünki, hər iki Aləm də, bizim təsəvvürlərimizə, sığmazdırlar!
Bu sadə səbəblərdən, Kainatın Sahibi Mütləqini də, Tanrını da, Təsəvvürlərə,
Təsvirlərə, Sığışdırmaq olmur!
İki, hal arasındayıq!
Bu Aləmlə, o Aləm, arasındayıq!
Hər iki Aləmin, Sahibsiz özbaşına ola biləcəyinə, öz istədiyi kimi, hərəkət edərək var
ola biləcəyini də, onu da, təsəvvürümüzə də sığışdıra bilmirik.
Çünki, hər hansı bir “Mütləq Sahibin”, mövcud olduğunu da, bilirik!
Bir bildiklərimizlə, bir də, bilmək istədiklərimizin, arasındayıq.
Çünki, belədir ki, Həyatla - Ölüm, arasındayıq!
Bu Aləmlə, o, Aləm arasındayıq!
İsti ilə, soyuq arasındayıq!
Şirinlə, Acı, arasındayıq!
Onların, var olduğunu bilirik, amma onların, hardan başlayıb, nə qədər ola biləcəyini,
ancaq, təsəvvür etmək, istəyirik!
Bu halların, heç biri, mə'nasınız, lazımsız, qədərsiz, deyillər!
24.07.2017