Page 604 - Vahid Rzayev
P. 604

602




                  Yığıncaq səs, Konsert səs, Kino səs, Teatr səs, İclas, səs!
                  Top səs, mərmi səs, silah səs, yaralı səs, öldü xəbəri, səs!

                  Nə, Səssizdir ki?...
                  Cücə, yumurtadan çıxalı, öz, “Səs tezliyinə” uyğun, səs salır!

                  Quş səs, heyvanat Aləmi səs, ağac səs, yarpaqlar, səs!

                  Hamısı, səs əhatəsində, Səs!
                  Kainat, səs!

                  Astrofiziklərin, Kainatdan dinlədikləri də, səs!
                  Hamısı, səs əhatəsində, Səs!

                  Nə səssizdir ki?...
                  Heç  düşünmədik,  heç  axtarmadıq,  heç  tapmaq  istəmədik  ki,  bu  nə  səsdir,  səs
                  əhatəsində olan, səs?

                  Haradan  aldıq,  bizlər  və  bütün  əşyalar,  kütlələr,  bu  səsi,  “Kim”,  Bəxş  Etdi,  Bütün
                  Aləmlərə, Bu səsi?

                  Niyə, Bəxş Etdi, səsi?
                  Niyə Etməli İdi ki, Bu Səsi?

                  “Özü”, Haradan Aldı ki, Bu Səsi?
                  Bu, müxtəlif Tezlikli olan, müxtəlif olan, bütün, Səsləri?

                  “Səs”  və  “Səslər”,  bütün  səslər,  İlk  Təməl  Anından,  O,  Böyük  Partlayışdan,
                  Kainatların,  o,  İlkin,  Yaranma  Anından,  bütün  Kütlə,  bütün  Varlıqlara,  bütün
                  Cisimlərə,  bütün  Yaranacaq  Canlılara,  O,  İlkin,  Təməl  Səs  Yaddaşından,  O,
                  Partlayışın Səsi, O, Səsdən, Səs Yaddaşı, bütün varlıqlara, “Səs”, Qaldı Miras!
                  İşığa, Rəngə, Səsə, İstiyə, bir də, Su Qarşısında, heç bir, maniyələr, sədlər, sərhədlər,
                  Yaranmadı!
                  Onların Qarşısında, maniyələr, sipərlər, çəkməyə, elə bir Varlıq, elə bir Qüvvə, Ola
                  Bilmədi!
                  Təməli, təməl başlanğıcını, dəyişib, dəyişdirmək, Olmaz!

                  Bütün  Varlıqlara,  İşıq  Qədərlərini  ayıran,  “O”,  İşıq  Sahibinin,  İşığına  isə,  Sahib
                  Olmaq, Olmaz!

                  22.07.2017
                  ***
                  Dərdə, Dərdsizlik dərmanı...

                  “Dərdlərin”, həkimi yoxdur ki, diaqnoz, qoya!

                  Dərdlərin, resepti yoxdur ki, dərman, yazıla!
   599   600   601   602   603   604   605   606   607   608   609