Page 599 - Vahid Rzayev
P. 599
597
***
Ruhi, İşıq Payımız...
Özündən Bəxş Etdiyin, bu nə İşıqdır, bizə, Bəxş Etmisən!
Yaranışıma, İşıq payı, Bəxş Etmisən!
Sənin, mənə Ayırdığın, Bəxş Etdiyin, O, İşığın, məndən qopmayacaq, çünki mən də,
o, İşıqdan qopmayacağam daha!
Qoşalaşlb iki olacağıq, O, Əbədi İşıqda, bir olacağıq!
Bu nə İşıqdır, Bəxş Etmisən, Sənə, Qayıtmalı olacaq, O, İşığı, hər birimizə, Bəxş
Etmisən!
Sənin, Özünün İşıq Payının, Sənə Qayıdacağı müddətə kimi, Onu bizə, Bəxş Etmisən!
19.07.2017
***
Bir - birimizə, “Müəllim”, deyə, müraciət edirik...
Yer üzündə, bütün xalqlara, ərazilərdə müraciətlərə, diqqətlə fikir verdikdə çox qəribə
bir müraciət formaları, aydınlaşır!
Müxtəlif ərazilərdə, müxtəlif xalqlarda, müxtəlif müraciərlərdə, “Ser”, “Pan”,
“Qospodin”, “Bəy”, “Ağa”, “Musye”, “Qraf”, “Baron” və müxtəlif titullu və bu
kimin, müxtəlif, müraciət formaları, mövcuddur!
Yer üzündə, müraciətlərə diqqətlə yanaşdıqda, bir Azərbaycan ərazisində insanların
biri-birinə müraciətlərində, bir-biri arasında, xitabda, “Müəllim”-deyə müraciət
olunur!
Kişilərə, “Müəllim” deyə, qadınlara “Xanım”- deyə müraciət olunub.
Qəribədir, bu hallar, Həkimə də, “müəllim”, Mollaya da, “müəllim”, Sürücüyə də,
“müəllim”, Satıcıya da, “müəllim”, Hakimə də, “müəllim”, Polisə də, “müəllim”,
Çilingərə də, “müəllim”, İttiham, olynana da, “müəllim”, İttiham, edən də, “müəllim”,
Bəstəkara da, “müəllim”, Aktyora da, “müəllim”, Müğənniyə də, “müəllim”, Pəşirə
də, (ölü yuyana) “müəllim” və sairələrə də, Müəllim, dəyilərək, müraciət olunur!
Yer üzündə, bir Ərazidir ki, bir Xalqdır ki, qarşılıqlı, biri-birinə, “müəllim”- deyə
müraciət olunur.
Qadınına “xanım”, kişisinə “müəllim”, deyib də, belə müraciət, olunur!
Hardan gəldi bu müraciət, kim gətirdi bu, müraciəti?
Çox-çox qədim Dövrlərdən, Azərbaycan ərazisini bir Məktəb, əhalisini isə, bir
Müəllim kimi bilərdilər.
“Müəllim”-müraciəti, dərin yaddaşımızdan, gəlib irəli.