Page 597 - Vahid Rzayev
P. 597

595




                  Kim gətirdi bu xətləri, bu sərhədləri, bu ölçüləri, bu miqyasları?
                  Axı, ilk insan, Yer üzündə, öz ərazisini, əziz bilirdi, xətli, sərhədli, olmadığını bilirdi!

                  Xətsiz, sərhədsiz, miqyazsız, müqayisəsiz, Ərazilər arasıni, bilirdi!
                  Arada olan, arada qalan, mehribançılığı, səmimiyyəti, ondan bilirdi!

                  Kim gətirdi bu xətləri, bu sərhədləri, bu mərhumiyyətləri, bu fərqləri, bu bölmələri?

                  Kainat, Sahibi Mütləqinin, Qarşısında, Ətrafında, hər bir, varlıq qarşısında, Xətti yox,
                  Sərhəddi yox!
                  Kainat, “O” - nun Ərazisidir, Yaratdıqları arasında, Xətti yox, Sərhəddi yox, Fərqləri
                  yox!
                  Bəs, bizim aramızda kim gətirdi, bu xətləri, bu sərhədləri, bu miqyasları!

                  Bə'zi  heyvanat  Aləmi,  bə'zi  quşlar,  ərazilərini  dəyişsələr  də,  ancaq  Ərazilərini,
                  dəyişərlər!
                  İnsanlarsa, biri-birinin ərazisinə, girməmək üçün, xətt çəkib, sərhədd çəkərlər!
                  Bununla da, bir - birindən, onda “qorundular”, onda bir-birindən, uzaq oldular!

                  Ərazidə, əvvəldən, azad olan quşlar da, heyvanat aləmi də, İnsan davranışını görüb
                  də,  bəlkə,  bu  “səbəbdən”,  onlar da,  dönüb, biri-biri  arasına,  ərazi,  sərhədd  xətti,
                  çəkiblər?
                  Kim bilir...
                  İlki, xətsiz, sərhədsiz olan, Yer üzü, ilki, mehribanlıqda olan Yer üzü, Sonu, xətlərlə,
                  sərhədlərlə, biri-biri arasında, olan, Yer üzü!

                  İnsanlar isə, bir - biri arasında, xətt çəkdilər, sərhəd çəkdilər!

                  İnsan və İnsanlıq, onda, biri-birindən uzaqlaşdırdılar!
                  Sənin, mənim, sizin, bizimə, onda, insanlar, biri-birindən, ehtiyatlandılar!

                  Beləliklə,  Quşlar  da,  Heyvanat  ba,  Bitkilər  də,  bəlkə  də,  onda,  İnsanlardan,
                  ehtiyatlandılar!
                  Quşlar,  öz  yuvalarında,  qalmaz,  Səhər,  Sübh  Günəşinin  ilk  şöləsini  gözlər,  səhərə
                  sevinər, səhərlə, səs - səsə verərlər!
                  Heyvanlar,  səhər  Günəşini  gözlər,  Gecədən,  çıxdıqlarına  sevinərək,  üzünü  təbiətə
                  tutar, quşlar pərvazlanar, Canlılar, hərəkət edər!

                  İnsan, Səhərin açılmasını gözlər, o, da, öz evindən çıxar, təbiətə, həyata, çıxar!
                  Kimlər gətirdi, bu xətləri, bu sərhədləri, o, İnsanlar arasında, o, bəşəriyyət arasında, o,
                  xətləri, bu fərqləri...

                  17.07.2107
                  ***
   592   593   594   595   596   597   598   599   600   601   602