Page 593 - Vahid Rzayev
P. 593
591
***
Bu Dünya...
Bu Dünyanı, gördük, amma, onun, dəyər - qiymətinə, çata bilmədik!
Onun, Dəyərdən də, çox böyük olan Dəyərinə, necə çata bilərdik?
12.07.2018
***
Gözə, Göz gərək...
Gözə, göz gərəkdir, görməyə, göz gərəkdir.
Göz, gözü göstərər, görməyə, göz gərəkdir.
Vücut, özünü gözlə görər, görməyə, göz gərək.
Yada - yaddaş gərək, yaddaşa, bilmək gərək!
Bu Aləm, göz önündədir, görməyə, göz gərək!
Öyrənməyə, vaxt gərək, düşünməyə, müddət gərək!
Hər varlıq özünü bəyan edər, göstərər,
Var olduğu üçün, özünü bəyan edər, göstərər!
Hər varlığı da, görməyə, gözə - göz, gərək!
12.07.2017
***
Dialektika...
Dialektika - nə sənin, nə mənim, nə sizin - nə bizim, fikirlər, hamımızındır.
Görünən - görünməyən, Bilinən - bilinməyən, bu Dialektikanın, başlanğıcıdır, özüdür,
Dialektika - o, bölməz, amma fikirləri, böldürər, bir məxrəc qədərinə, nizama, gətirər.
Dialektika - bilirəm yox, bilmək, istəyirəmdir!
12.07.2017
***
İki Aləmin, fərqi...
İki, dəyər var, biri bu Aləmin dəyəri, bir də, o, Aləmin, dəyəri...
İki Aləm arasında, bir dəyər, var!
Çünki, O, biri Aləm, Material Aləm olmadığından, İşıq Aləmi Olduğundan, orada
olan dəyər, Oranın Dəyərləri, Dəyərlərin-Dəyərləridir!
O, Dəyərlərə isə, orada, Sığmaq olmur!
O, Dəyərlər Orada, bərabər olaraq, hamınındır, amma, heç kimin də, deyil!