Page 601 - Vahid Rzayev
P. 601

599




                  İlki, isti ilə olmasa, heç Törənişin, özü də, olmaz!
                  Ata isti, Ana isti!

                  Övlad bəxş olunar, isti ilə, onun da, o övladın da, Canı, isti!
                  İşıq Yaradıcı, Qaranlıq - Mühitdir, Törədicidir!

                  Ana, Qadın vicutu, “Ma”-dır, O, Vücud, (ana), törədicidir!

                  Ana Vicutu, bir İsti, bir də, (südü), Şirindir!
                  Dən, Toxum, Dənə, Tum, əkilər, Torpağa, o, Qaranlığa!

                  Bütün  Tumları,  dənə-dənə,  əkirik,  torpaq  altına,  üstünü  basdırırıq,  örtərik,  o,
                  Qaranlığa!
                  O, “Qaranlıqdan”, o, torpaq altından, cücərərlər, boy atarlar, o, cücərtilər!
                  İşıq Yaradıcı, qaranlıq, Mühitdir!

                  İşığın özü də, Yaradıcı, mühitdir!
                  Quş, Balıq, Timsah, İlan, Tısbağa yumurtasından, o qaranlıq Mühitindən, törəmirmi,
                  onların, Balaları?...

                  O, Qaranlıqdan, o, mühitdən, çıxmırmı onların balaları, bu İşıq aləminə?

                  İşıqdan Gələn, İşıqla Qarşılanarlar!
                  Bütün başlanğıclar, İşıqdan Gələr, İşıqla Qarşılaşar!

                  Çıxara  bilmərik,  öz  canımızdan,  Uzaq  edə  bilmərik,  öz  canımızdan,  O,  İstini,  (36-
                  37°C İstisini), o, İşığı, o, İstini!
                  Qida hazırlayırıq, İsti ilə!

                  Hamamda, Hamamlanarıq, o, İsti ilə, o, İsti, Su ilə!
                  Qışda, o, qış soyuğunda, bürələnib, isti axtarırıq, İstinin, özü ilə!

                  Yazı gözləyərik, o, İstini gözləyərik, əkinə-biçinə, o, İsti ilə, başlayarıq!

                  Metal əridərik, İsti ilə!
                  Məhsul e'mal edərik, isti ilə!

                  Hər bir başlanğıc, bütün başlanğıclar başlayar, bir İşıq, bir də, İsti ilə!
                  Baxaq  görək,  uzaq  edə  bilərikmi,  bitkilərdən,  kütlələrdən,  cisimlərdən,  o,  İşığı,  o,
                  İstini?
                  Ağac yanır, İsti verir!

                  Kömür yanır, İsti verir!
                  Məftildən, Simdən, Naqildən, Elektrik Cərəyanı axır, keçir, o, da, İsti verir!

                  İşıqla, İstinin Mahiyyəti, Törədib - törətməkdir, onun Mahiyyəti!

                  20.07.2017
   596   597   598   599   600   601   602   603   604   605   606